Məhkəmə qərarları › İş №3(002)-977/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-977/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-977/2021 29.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsi, yeni massiv 116 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 29 iyul 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(050)-404/2014 saylı, 24 fevral 2014-ci il tarixli icra sənədinə əsasən 21 yanvar 2014-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 6 aprel.2007-ci ildə Bakı şəhərində doğulmuş X3, 18 oktyabr 2008-ci ildə Bakı şəhərində doğulmuş X7 və 27 yanvar 2011-ci ildə Masallı şəhərində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 103 manat olmaqla üç uşaq üçün 309 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 xeyrinə tutulması qət edilmiş, həmçinin Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədinə əsasən 01.05.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad rayon Məhkəməsinin 16.04.2015-ci il tarixli 2(056)-319/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq X5 X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 154 manat sabit pul məbləğində aliment tutulması, 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X9 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(050)-404/2014 saylı, 24 fevral 2014-ci il tarixli icra sənədinə əsasən 21 yanvar 2014-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 6 aprel.2007-ci ildə Bakı şəhərində doğulmuş X3, 18 oktyabr 2008-ci ildə Bakı şəhərində doğulmuş X7 və 27 yanvar 2011-ci ildə Masallı şəhərində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 103 manat olmaqla üç uşaq üçün 309 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 xeyrinə tutulması qət edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədinə əsasən 01.05.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad rayon Məhkəməsinin 16.04.2015-ci il tarixli 2(056)-319/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq X5 X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 154 manat sabit pul məbləğində aliment tutulması, 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Bundan sonra 29.07.2021-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin 2(050)-404/2014 saylı, 24 fevral 2014-ci tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ rayon İcra şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə borclunun adına daşınar və ya daşınmaz əmlakların, qiymətli kağızların, bank hesablarının olub-olmaması, bundan əlavə əmək haqqı, pensiya təqaüd alıbalmaması barədə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə elektron sorğu kartoçkasından çıxarışlar edilmiş, lakin hər hansı müsbət məlumat əldə edilməmişdir. Borclu axtarış qərarına əsasən 28 iyul 2021-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün Qaradağ rayon İcra şöbəsinə təhvil verilmişdir. 29 iyul 2021-ci il tarixdə onun izahatı alınmış və o izahatında maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmədiyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 iyul 2021-ci il tarixli, ******* nömrəli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Buna görə də barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı rayon Məhkəməsinin 2(050)-404/2014 saylı, 24 fevral 2014-ci il tarixli icra sənədinə əsasən 21 yanvar 2014-cü il tarixdən başlayaraq cavabdeh Şəxs 6 aprel.2007-ci ildə Bakı şəhərində doğulmuş X3, 18 oktyabr 2008-ci ildə Bakı şəhərində doğulmuş X7 və 27 yanvar 2011-ci ildə Masallı şəhərində doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 103 manat olmaqla üç uşaq üçün 309 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1 may 2013-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sabirabad rayon Məhkəməsinin 16.04.2015-ci il tarixli 2(056)-319/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının məbləği artırılaraq hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında 26 oktyabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/2018 saylı, 28 avqust 2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nizami Novruzovun Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi Azər Paşayeva ünvanlandığı 28 iyul 2021-ci il tarixli, 070-9120-1221 nömrəli məktubun surətindən görünür ki, Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə təqdim edilmişdir. 29 iyul 2021-ci il tarixli qərarın surətindən görünür ki, Masallı rayon Məhkəməsinin 2(050)-404/2014 saylı, 24 fevral 2014-ci il tarixli, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/18 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 137438/2019-34-7 nömrə ilə birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Masallı rayon Məhkəməsinin 2(050)- 404/2014 saylı, 24 fevral 2014-ci il tarixli və 2(002)-2721/18 saylı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Masallı rayon Məhkəməsinin 2(050)-404/2014 saylı, 24 fevral 2014-ci il tarixli və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2721/18 saylı, 28 avqust 2018-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs tərəfindən bu günədək ümumiyyətlə heç bir ödənişin edilməməsi məhkəmə tərəfindən icra sənədinin icrasından qərəzli yayınması olaraq qiymətləndirilir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclunun icra sənədinin üzürsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə sonuncunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 29 iyul 2021-ci il saat 17:30-dan hesablansın. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar