Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-978/2022 14.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Rzalar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş 14 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 13 sentyabr 2022-ci il tarixdə, saat 20:00-da Qaradağ rayonunun, Lökbatan qəsəbəsində yerləşən İ massivdə ictimai qaydanı pozaraq qonşular arasında nalayiq ünvansız söyüşlər söymüşdür. Buna görə də Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X4 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, vətəndaş X3 13 sentyabr 2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq bildirmişdir ki, Şəxs 13 sentyabr 2022-ci il tarixdə onun yaşadığı evə gələrək nalayiq ifadələr işlətmiş, yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarını silkələyərək onu və ətrafındakıları narahat etmişdir. Nəicədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, ünvan 1 ünvanında kirayədə yaşayır, ailəlidir, fərdi əməklə məşğul olur. 12 sentyabr 2022-ci il tarixdə X1 görə ailəsində münaqişə yaşamış, buna görə polis bölməsinə çağırılmışdır. Bölmədən çıxdıqdan sonra Hökümənin həyat yoldaşı Talehi çağırıb ondan şəxsi əşyalarını və sənədlərini evindən götürmək məqsədilə Hökümənin yaşadığı evə getmiş, ora çatanda arvadı və oğlunun da Höküməgildə olduğunu görmüş, onlardan özünə aid həmin əşyaları verməsini xahiş etmişdir. Bu zaman X3 102 xidmətinə zəng vuraraq onun barəsində şikayət etmişdir. O, öz izahatında göstərmişdir ki, əsəbi olduğu üçün bir neçə nalayiq ifadə işlətmiş, lakin heç bir təhqirə yol verməmişdir. Hal-hazırda əməlindən səmimi peşiman olduğunu, bir daha belə bir hadisə törətməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında Az ******* saylı, 13 sentyabr 2022-ci il tarixli protokoldan ayın olur ki, X5 13 sentyabr 2022-ci il tarixdə, saat 22:00-da tutulmuş, 14 sentyabr 2022-ci il tarixdə, 09:00-da inzibati həbsdən azad edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-978/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-978/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver