Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-980/2021 08.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Qaradağ rayon Polis İdarəsinin Dövlət X10 baş inspektoru, polis mayoru X4, Bakı şəhəri 16 saylı Vəkil Birosunun vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.3, 329.3 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 16 iyul 2021-ci il tarixdə, saat 23:10 radələrində Sahil qəsəbəsi, Zavod yolu adlanan ərazidə idarə etdiyi “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönərkən dönmə işığından istifadə etmədiyinə görə yol polisi əməkdaşının dəfələrlə saxlama işarəsinə əməl etməyərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq qərəzli şəkildə avtoxuliqanlıq etmişdir. Bu barədə X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulan 30.07.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis mayoru X7 bildirmişdir ki, Şəxs 16 iyul 2021-ci il tarixdə, saat 23:10 radələrində Sahil qəsəbəsi, Zavod yolu adlanan ərazidə idarə etdiyi “Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönərkən dönmə işığından istifadə etmədiyinə görə yol polisinin dəfələrlə saxlama işarəsinə əməl etməyərək yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq qərəzli şəkildə avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdə, saat 23:10 radələrində Sahil qəsəbəsi, Zavod yolu adlanan ərazidə idarə etdiyi “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin o, yol hərəkəti qaydalarını pozduğu üçün cərimə olunacağını güman edərək avtomobili saxlamamış, avtomobili sürətlə hərəkət etdirərək YPX əməkdaşlarının avtomobilindən uzaqlaşmağa çalışmışdır. Onun avtoxuliqanlıq etmək niyyəti olmamış, sadəcə cərimə olunmaması üçün yol polisinin saxla tələbinə tabe olmamışdır. Lakin buna baxmayaraq Qaradağ rayon DYPŞ tərəfindən əsassız olaraq barəsində İXM-nin 511-ci maddəsi ilə protokol tərtib edilmişdir. Belə ki, o İXM-nin dispozisiyasında nəzərdə tutulan hərəkətlərə yol verməmişdir.Hazırda yol polisinin saxla göstərişinə tabe olmadığına görə əməldən peşmandır. Göstərilinlərə əsasən barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X6 çıxışında hüquqlarını müdafiə etdiyi Şəxs əməlində Azərbsycan Respublikası İXM-nin 511 maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ RPİ-nin 38-ci PB-nin rəisi Natiq Camalova ünvanlanmış 17 iyul 2021-ci il tarixli raportdan görünür ki, 16.7.2021-ci il tarixdə saat təxminən 23:10 radələrində inzibati ərazidə xidmətdə olarkən Sahil qəsəbəsi, Zavod yolu adlanan ərazidə VAZ 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşın sol dönərkən dönmə işiğından istifadə etmədiyinə görə tərəflərindən mayak və siren vasitəsilə saxla işarəsi verilmiş, lakin sürücü işarəyə tabe olmamış, hərəkətini davam etdirmişdir. Onlar RPİ-nin NH-ə məlumat verdikdən sonra həmin nəqliyyat vasitəsini müşayiət etmişlər. Sürücü hərəkət boyu ziqzaqvari hərəkətlər edərək cəmiyyətin diqqətini özünə cəlb edib narazılığa səbəb olan hərəkətlərlə dəfələrlə qayda pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Sonradan sürücü idarə etdiyi avtomaşını yaşadığı evin qarşısında saxlamış, onlar ona yaxınlaşıb onun etdiyi hərəkətlərin qanunsuz olduğunu izah etmiş və nəqliyyat vasitəsinin və özünə aid sənədləri tələb etdikdə sürücü tabe olmamış, həmin yerə PPXB-nin əməkdaşları dəvət olunmuş və sürücü 38-ci PB-yə dəvət olunmuşdur. Sürücü Ümüd qəsəbəsində müvəqqəti məskunlaşmış Füzuli rayon sakin Şəxsdur. Raportun araşdırılmasına dair göstəriş verilməsi xahiş olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-980/21 saylı, 30.07.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1915/2021 saylı, 20.08.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş materialları yenidən baxılıb hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. AR DİN BDYPİ-nin İmişli 11 saylı RQİB tərəfindən 09.11.2005-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2005, Sedan, albalı rəngli, mühərrik 7979367, Ban XTA**********0051, şassi N, VAZ 2106 minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1r. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında 09 noyabr 2005-ci il tarixdə verilmiş ƏN-İİİ № 524466 saylı etibarnamədən görünür ki, X2 ** BB *** dövlət qeydiyyat nişanlı, “VAZ 2106” minik markalı avtomobili sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək hüququ da daxil olmaqla, bir sıra hərəkətlərin edilməsini 13 oktyabr 2061-ci il tarixdək Şəxs etibar etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tələbinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında kompyuter texniki vasitənin köməkliyi baxılaraq tədqiq edilmiş videogörüntüdən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş qərəzli hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Qanunun tələbindən də göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 327.3 və 329.3cü maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən İXM-nin 327.3 və 329.3-cü maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs 16 iyul 2021-ci il tarixdə, saat 23:10 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməli və onun Azərbaycan Respublikasının İXM-nin 327.3 və 329.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qaradağ rayon X11 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1964-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3anında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.3 və 329.3-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qaradağ rayon X11 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-980/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-980/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver