Məhkəmə qərarları › İş №3(002)-981/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-981/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-981/2021 09.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, şikayətçi Nümayəndə iştirakları ilə, Nümayəndə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: 30 iyul 2021-ci il tarixdə Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 22.07.2021-ci il tarixli, MN № ******* saylı Protokol əsasında qəbul edilmiş 22.07.2021-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar onunla “əsaslandırılmışdır” ki, sahibi olduğu Qaradağ rayonu Sahil qəsəbəsi ünvanında yerləşən “Sahil” şadlıq sarayında 22.07.2021-ci il tarixdə elektron portaldan keçirilmədən toy aşkar olunmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərarın 1.4.-cü bəndinə əsasən, 2021-ci il 1 iyul tarixindən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilmişdir. Həmin Qərarın hansı faktlar və sübutlar əsasında qəbul edilmiş olması sual altındadır. Belə ki, 17.07.2021-ci il tarixdə tərəflərindən “icaze.e-gov.az” portalında 22.07.2021-ci il tarixdə həmin şadlıq sarayında təşkil olunacaq toy mərasimi, eləcə də digər tarixlərdə təşkil olunacaq toy mərasimləri barədə məlumatlar yerləşdirilmişdir. Lakin bir neçə toy mərasimləri ilə bağlı məlumatlar həmin elektron portalda yerləşdirilsə də, 22.07.2021, 23.07.2021, 24.07.2021 və 26.07.2021-ci il tarixlərdə keçiriləcək toy mərasimləri ilə bağlı məlumat portalda baş vermiş texniki nasazlığa görə yerləşdirilməmişdir. “icaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə tərəflərindən müraciət edilmiş və şifahi olaraq texniki nasazlıq olduğundan həmin elektron sistemdə məlumat yerləşdirilməsinin mümkün olmadığını, yaranmış texniki nasazlığın aradan qaldırılacağını və bu barədə onlara məlumat veriləcəyi bildirilmişdir, lakin halhazıradək heç bir məlumat verilməmişdir. Həmçinin tərəflərindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha və digər aidiyyatı orqanlara yazılı olaraq müraciətlər edilmiş, baş vermiş texniki nasazlıqların aradan qaldırılmasında köməklik göstərilməsi xahiş edilmişdir (həmin müraciətlər əlavə edilir). 22.07.2021-ci il tarixdə keçiriləcək toy mərasiminə tərəflərindən hazırlıq işləri görülən zaman Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları şadlıq sarayına yaxınlaşaraq, “icaze.egov.az” elektron portalında həmin toy mərasiminin keçirilməsinə dair məlumat yerləşdirilmədiyini bildirmiş və toy mərasiminin keçirilməməsini tələb etmişlər. Bu səbəbdən həmin toy mərasimi üçün görülən hazırlıq işləri dayandırılmış, lakin buna baxmayaraq Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşı tərəfindən ayrı-ayrılıqda mənim və restoran inzibatçısı X1 barəsində “qeydiyyatdan keçmədən şadlıq sarayında toy məclisi keçirilməsi” “əsası” ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və inzibati tənbeh vermə haqqında Qərarlar qəbul edilmişdir 22.07.2021-ci il tarixdə həmçinin “Sahil” şadlıq sarayında inzibatçı olaraq fəaliyyət göstərən X2 da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bu halda hazırda mübahisələndirilən Qərarın ədalətlilik prinsipinə uyğun olaraq qəbul edilməsindən söz gedə bilməz. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır 22.07,2021-ci il tarixdə bir inzibati xəta törədilmişdir və şadlıq sarayının inzibatçısı barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Eyni inzibati xətanın törədilməsinə görə onun barəsində də inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi ağlabatan deyildir. Göstərilənlərə əsasən, onun barəsində olan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs tərəfindən verdiyi şikayəti müdafiə etdiyini qeyd edərək Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçi Nümayəndə izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsi tərəfindən qəbul olunmuş 22.07.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə vəzifəli şəxs kimi 4000 (dörd min) manat məbləğinə cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə barəsində qərar çıxarılmış vəzifəli şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət verməsi nəzərdə tutulmuşdur. Lakin, indiki halda şikayət barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 tərəfindən deyil, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Nümayəndə tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərardan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1 maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nümayəndə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 22 iyul 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçi Nümayəndə geri qaytarılsın. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar