Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-983/2020 24.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın baş inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlunun, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci km-də “Xüsusi Karantin” postunda yük avtomobilləri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə keçərək yoxlamadan yayınmış, ona işarə verən YPXİ-nin saxlama tələbinə əməl etməyərək avtomobildə olan sərnişinləri Bakı şəhərinə gətirməklə sanitariya-gigiyena və karantin rejimininin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın baş inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, İXP 34834032 saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Daxili İşlər Nazirliyinin Baş Dövlət X5 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın baş inspektoru polis kapitanı Mövlayev Natiq Bahadur oğlu məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs idarə etdiyi “Mersedes Benz” markalı, **-MJ-*** qeydiyyat nişanlı avtomaşını ilə xx.xx.2020-ci il tarixdə, saat 09:05 radələrində, Bakı- Qazax yolunun 65-ci km-də “Xüsusi Karantin” postunda yük avtomobilləri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə keçərək yoxlamadan yayınmış, ona işarə verən YPXİ-nin saxlama tələbinə əməl etməyərək avtomobildə olan sərnişinləri Bakı şəhərinə gətirməklə sanitariya-gigiyena və karantin rejimininin tələblərini pozmuşdur. Bununla bağlı sonuncu sərnişinlərlə birlikdə 719 saylı DYP postunda saxlanılmış, sərnişinlər isə İXM-nin 211-ci maddəsinə əsasən, ayrı-ayrılıqda qanuna müvafiq qaydada cərimə olunaraq geri qaytarılmışlar. Sürücü Şəxs isə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz” markalı, **-MJ-*** qeydiyyat nişanlı avtomaşınla Cəlilabad şəhərindən, Bakı şəhərinə heç bir müvafiq icazəsi olmayan və portalda fəaliyyətinə icazə verilməyən Cəlilabad rayonundan olan sərnişinləri Bakı şəhərinə gətirərkən Bakı-Qazax- Gürcüstan yolunun 65-ci km-də yaradılmış postda onu saxlamışlar. Yoxlama zamanı 4 nəfər Cəlilabad rayon sakininin portalda fəaliyyətinə icazə verilmədiyi və heç bir müvafiq icazəsinin olmadığı məum olmuş və sonuncular barəsində İXM–nin 211-ci maddəsinə əsasən protokol tərtib olunaraq yaşadıqları Cəlilabad rayonuna geri qaytarılmışlar. Həmçinin Şəxs Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən yoxlama karantin postunda yük maşınları üçün nəzərdə tutulmuş zolaqda hərəkət etdiyini və postda sıxlıq olduğu üçün mərkəzi yola daxil olduğunu, ona YPXİ saxlama işarəsi versə də nəqliyyat vasitəsini durdurmayaraq hərəkətə davam etdiyini etiraf etmişdir. Sonradan Şəxs sərnişinlərlə birlikdə 719 saylı DYP postunda saxlanılmışlar. Son olaraq əməlindən səmimi peşman olduğunu qeyd edib bir daha analoji hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: Cəlilabad RPŞ tərəfindən xx.xx.2011-cİ il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs xx.xx.1986-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. AD 708763 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, ** MJ *** qeydiyyat nişanlı, Sedan markalı, buraxılış ili 1996, **********1478 mühərrikli, WDB2100171A322430 şassi, gümüş metallik rəngli, Mercedes Benz 290D minik markalı avtomaşın Şəxs məxsusdur. Azərbaycan Respublikası DİN BDYPİ Lənkəran RQİTBŞ tərəfindən verilmiş AE 416548 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuş Şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək B C kateqoriyalı sürücülük hüququ verilmişdir. BDYPİ-nin rəis müavini, YPXA-nın komandiri polis polkovniki cənab Fuad Mayılova ünvanlanmış raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində “Mersedes Benz” markalı, **-MJ-*** qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Şəxs 4( dörd) nəfər Cəlilabad rayonu qeydiyyatı olan sərnişinləri Bakı şəhərinə gətirərkən Bakı-Ələt yolunun 65-ci km-də “Xüsusi Karantin” postunda yük avtomobilləri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə keçərək yoxlamadan yayınmış, ona işarə verən YPXİ-ni saxlama tələbinə əməl etməyərək avtomobildə olan sərnişinləri Bakı şəhərinə gətirərək karantin rejiminin pozulması halına şərait aparmış, sonuncu sərnişinlərlə birlikdə 719 saylı DYP postunda saxlanılmış, sərnişinlər barəsində İXM-nin 211-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və yaşadıqları ünvan üzrə geri qaytarılmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən, Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni xx xxxxxx 2020-ci il tarixdən, saat 16:15dən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-983/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-983/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver