Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-983/2021 02.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Qazax rayonu, Muğanlı kəndində doğulmuş, orta təhsilli, evli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 02.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 8275.59 ABŞ doları məbləğində əsas borc, 2202.59 ABŞ dolların məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10528,18 ABŞ dolları məbləğində borc pul vəsaiti iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydə alınması üçün ödənilmiş 10 manat rüsum tutularaq iddiaçı “Nikoyl Bank” İKB-nin xeyrinə pulun tutulması, tutma cavabdeh Şəxs mülkiyyətində olan, iddaçı “Nikoyl Bank” İKB qarşısında ipoteka ilə yüklü edilmiş, 2002-ci il buraxılışlı, Mercedes Benz 200 markalı, **- EA-*** dövlət qeydiyyat nişanlı, WDB2030451A316095 ban nömrəli, **********8067 mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi, qeyd olunan tutulmalı məbləğ satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Nİkoyl İKB-nin xeyrinə ödənilməsi qət edilmiş, həmçinin Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli əmrinə əsasən Şəxs X4 xeyrinə 323 manat əsas borc və 21 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir. Borclu Şəxs üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən Şəxs 8275.59 ABŞ doları məbləğində əsas borc, 2202.59 ABŞ dolların məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10528,18 ABŞ dolları məbləğində borc pul vəsaiti iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydə alınması üçün ödənilmiş 10 manat rüsum tutularaq iddiaçı “Nikoyl Bank” İKB-nin xeyrinə pulun tutulması, tutma cavabdeh Şəxs mülkiyyətində olan, iddaçı “Nikoyl Bank” İKB qarşısında ipoteka ilə yüklü edilmiş, 2002-ci il buraxılışlı, Mercedes Benz 200 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı, WDB2030451A316095 ban nömrəli, **********8067 mühərrik nömrəli, qara metal rəngli avtomobilə yönəldilməsi, həmn avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi, qeyd olunan tutulmalı məbləğ satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Nİkoyl İKB-nin xeyrinə ödənilməsi qət edilmiş, 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X4 xeyrinə 323 manat əsas borc və 21 manat dövlət rüsumu məbləğində pul tutulması qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Bundan sonra 02.08.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli qətnaməsi üzrə 01.08.2016-cı il tarixdə verilmiş icra vərəqəsi və Qaradağ rayon Məhkəməsinin 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli əmrinin ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Borclunun 30.07.2021-ci il tarixdə izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi işsiz olduğunu göstərmişdir. Borcluya icra sənədi üzrə borcunun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icranı tam təmin etməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 02.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Mercedes Benz 200 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq onun adına sənədləşdirilsə də, həmin avtomobilin faktiki sahibi başqa şəxs olmuşdur. Buna baxmayaraq öz məsuliyyətini dərk edir. Həmin avtomobilin tapılması və yaxudda dəyərinin ödənilməsinin təmin edilməsi istiqamətində zəruri addımlar atacaqdır. Əməlindən səmimi peşmançılıq çəkməsini vəvə qeyd olunanları nəzərə alaraq, barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 8275.59 ABŞ dolları məbləğində əsas borc, 2202.59 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10528.18 ABŞ dolları məbləğində borc pul vəsaiti, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və bildirişin BDYPİ-də qeydə alınması üçün ödənilmiş 10 manat rüsum tutularaq iddiaçı “Nikoyl” İKB-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 04.08.2016-cı il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli qətnaməsi üzrə 01.08.2016-cı il tarixdə verilmiş icra vərəqəsi üzrə icraat başlanmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir Qaradağ rayon Məhkəməsinin 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli icra sənədinə əsasən Şəxs X4 xeyrinə 323 manat əsas borc və 21 manat dövlət rüsumu məbləğində pul tutulması əmr edilmişdir. İcraata başlama haqqında 24.04.2017-ci il tarixli qərarın surətindən görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir. Bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında 02.08.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli qətnaməsi üzrə 01.08.2016-cı il tarixdə verilmiş icra vərəqəsi və Qaradağ rayon Məhkəməsinin 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli icra sənədi ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi və əmri ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3145/2016 saylı, 30.06.2016-cı il tarixli və Qaradağ rayon Məhkəməsinin 2(002)-2283/2017 saylı, 31.03.2017-ci il tarixli icra sənədlərinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-983/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-983/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver