Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-984/2023 15.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə rəisi, polis mayoru X1, Qaradağ RPİ-nin DYP inspektoru, polis baş serjantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Züngüləş kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 15 may 2023-cü il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən 24 saat marketin yanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 may 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 15 may 2023-cü il tarixdə, saat təxminən 12:15 radələrində idarə etdiyi “Mercedes W-211” markalı, ** DD *** dövlət qeydiyyat nişanlı avtomobili Lökbatan dairəsi yaxınlığında yerləşən “24 saat” marketin qarşısında yol hərəkəti iştirakçılarına mane olacaq şəkildə saxlamış, nəticədə həmin ərazidə xidmətdə olan Qaradağ RPİ-nin DYPŞ-nın yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 özünü təqdim edib vətəndaşdan sənədlərini təqdim etməsini xahiş etmişdir. Bu zaman sürücü əl-qol hərəkətləri ilə yol polisi əməkdaşına qarşı kobudluq etməyə başlamış və sənədləri təqdim etmək imtina etmişdir. Nəticədə polis baş serjantı X4 yaxınlıqda xidmətdə olan DİN-in ƏÇPA-nın əməkdaşlarını köməyə çağırmışdır. DİN-in ƏÇPA-nın 10cu patrul bölüyünün polis nəfərləri, polis serijantları Təhməzli Elnur və Ədilov Nizami tabesizlik etmiş vətəndaşa yaxınlaşmış və vətəndaşı nizam-intizama dəvət etmişlər. Lakin həmin vətəndaş polisin qanuni tələbinə tabe olmadığı üçün adı çəkilən polis əməkdaşları pozuntu törətmiş vətəndaşı bölməyə gətirmiş, bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 may 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYP inspektoru, polis baş serjantı X5 öz izahatında bildirmişdir ki, 15 may 2023-cü il tarixdə 255 çağırışlı avtopatrulla saat təxminən 12:15 radələrində Lökbatan dairəsi yaxınlığında xidmət apardıqları zaman orda yerləşən “24 saat” marketin qarşısında bir nəfər şəxsin polis əməkdaşları ilə mübahisə etdiyini görmüşlər. Yaxınlaşıb həmin şəxsi 10-cu PB-ya dəvət etdikdə vətəndaş onlara tabesizlik göstərmiş, onlar da vətəndaşa güc tətbiq edərək onu 10-cu PB-ya gətirmişlər. Bölmədə onun Şəxs olduğu müəyyən edilmişdir. Hal-hazırda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Astara rayonu, Züngüləş kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir. 15 may 2023-cü il tarixdə, saat təxminən 12:01 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan dairəsində yerləşən “24 saat” marketin qarşısında avtomaşınını saxlayıb, marketə girmək istəyərkən bir nəfər DYP əməkdaşının avtomobilinin şəklini çəkdiyini görmüşdür. O həmin polis əməkdaşına yaxınlaşaraq şəkli silməsini xahiş etmiş, həmin polis əməkdaşı da “bizlik deyil” deyərək ona cavab vermişdir. Bu zaman adını bilmədiyini, lakin formasından “polis polkovnik leytenantı” olduğu məlum olan polis əməkdaşının ona doğru gəldiyini görmüş, həmin polis əməkdaşından da avtomobilinin şəklinin silinməsini xahiş etmişdir. Həmin polis əməkdaşı isə ona “bir də qələt edib burda maşın saxlayarsan” demişdir. O, polisin bu cavabından əsəbiləşərək ona “kəlmələrinizə diqqət edin” demişdir. O polisin bu nalayiq ifadəsindən narahat olsa da özünü saxlamış, idarə etdiyi avtomobilə əyləşərək həmin ərazini tərk etmək istəmişdir. Lakin ƏÇPA-nın əməkdaşları onu güc tətbiq etməklə maşından çıxarıb 10-cu PB-ya aparmışlar. Bütün bunlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-984/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-984/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver