Məhkəmə qərarları › İş №3(002)-985/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-985/2021

02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-985/2021 02.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi ev 39, mənzil 38 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 02.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-cı il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən ümumilikdə 10.924 ABŞ dolları ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Şəxs tutularaq Bank VTB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borcluya məxsus “Kia Cerato” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracdan satılması və əldə olunan pulun borcun ödənilməsinə yönəldilməsi, avtomobilin satışından götürülmüş məbləğ tələbi ödəməyə kifayət etməzsə çatışmayan məbləğin Şəxs tutlması, əgər məbləğ artıq qalarsa, artıq qalan məbləğin Şəxs qaytarılması qət edilmiş, İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya və tələbkara göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından 01.08.2018-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq adiyyəti orqana göndərilmişdir. Borclu axtarış qərarına əsasən 02 avqust 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün Qaradağ rayon İcra şöbəsinə təhvil verilmiş, borcluya məhkəmə qərarı ilə bağlı izahat verməsi tapşırılsada, borclu izahat verməkdən və onun barəsində tərtib olunmuş inzibati protokolu imzalamaqdan imtina etmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində müvafiq protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Kia Cerato” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq onun adına sənədləşdirilsə də, həmin avtomobilin faktiki sahibi başqa şəxs olmuşdur. Buna baxmayaraq öz məsuliyyətini dərk edir. Həmin avtomobilin tapılması və yaxudda dəyərinin ödənilməsinin təmin edilməsi istiqamətində zəruri addımlar atacaqdır. Əməlindən səmimi peşmançılıq çəkir. Barəsində cərimə tənbeh tədbiri tətbiq edildiyi təqdirdə onu ödəmək imkanında olduğunu və qeyd olunanları nəzərə alaraq, barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsinə əsasən ümumilikdə 10.924 ABŞ dollarının ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq Bank VTB ASC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş borcluya məxsus “Kia Cerato” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək açıq hərracdan satılması və əldə olunan pulun borcun ödənilməsinə yönəldilməsi, avtomobilin satışından götürülmüş məbləğ tələbi ödəməyə kifayət etməzsə çatışmayan məbləğin Şəxs tutlması, əgər məbləğ artıq qalarsa, artıq qalan məbləğin Şəxs qaytarılması qət edilmişdir. İcraata başlama haqqında 27.11.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir. Borclunun axtarışı haqqında 01.08.2018-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Şəxs barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Nizami Novruzovun Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin rəisi Azər Paşayevə ünvanlandığı 02 avqust 2021-ci il tarixli, 070-9334-1221 nömrəli məktubunun surətindən görünür ki, barəsində 20.08.2018-ci il tarixli, 30646 nömrəli axtarış işi açılmış Şəxs aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmişdir. 02 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, 02 avqust 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsində cavabdeh qismində Qaradağ rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışda olan Şəxs icra şöbəsinə təhvil verilmiş, borcluya məhkəmə qərarı ilə bağlı izahat verməsi tapşırılsada borclu izahat verməkdən və onun barəsində tərtib olunmuş inzibati protokolu imzalamaqdan imtina etmiş və bununla bağlı akt tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-4592/2017 saylı, 03.10.2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar