Məhkəmə qərarları › İş №3(002)-985/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-985/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-985/2023 07.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 00100-01198/23 saylı, 08 may 2023cü il tarixli protokoldan görünür ki, Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33ADF18/33BRR92 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş və **********5817 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5817 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23840 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1234 kq artıq, yəní brutto çəkisi 23840 kq, netto çəkisi 21751 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33AHS068/33BML71 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş və **********5809 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5809 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan” yükünün brutto çəkisi 23740 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1194 kq artıq, yəni brutto çəkisi 23740 kq, netto çəkisi 21711 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33AİG720/33TA701 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş və **********5814 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5814 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23660 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bayan olunduğu halda, banan yükünün netto çəkisinin 1210 kq artıq, yəni brutto çəkisi 23660 kq, netto çəkisi 21727 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 34BEC955/47ACJ041 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə getirilmiş ve **********5121 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə “Xocasən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5121 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23880 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1367 kq artıq, yəni brutto çəkisi 23880 kq, netto çəkisi 21884 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33AHG010/33FF398 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş və **********5819 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən” gömrük postunda gömrük yoxlaması həyata keçirilmişdir. "Sitrus Store MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5819 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23720 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1242 kq artıq, yəni brutto çəkisi 23720 kq, netto çəkisi 21759 kq, yer sayının 1050 qutu, 19 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33CLD96/33ANE809 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş ve **********4965 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə beyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4965 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 24410 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bayan olunduğu halda, banan yükünün netto çəkisinin 1768 kq artıq, yəni brutto çəkisi 24410 kq, netto çəkisi 22285 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33BRT09/33CRB88 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş ve **********5805 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə beyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********5805 sorğu nömrəli gömrük beyannaməsində bəyan olunan "Təzə yaşıl banan” yükünün brutto çəkisi 23940 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1343 kq artıq, yəni brutto çəkisi 23940 kq, netto çəkisi 21860 kq, yer sayının 1050 qutu, 19 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adina 33AL935/47ABT310 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə getirilmiş ve **********4962 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4962 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23820 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1445 kq artıq, yəni brutto çəkisi 23820 kq, netto çəkisi 21962 kq, yer sayının 1050 qutu, 19 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 33BZH59/27DP481 nömrə nişanlı yük qliyyat vasitəsi ilə getirilmiş ve **********4861 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4861 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23620 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1109 kq artıq, yəni brutto çəkisi 23620 kq, netto çəkisi 21626 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Bundan başqa Türkiyə Respublikasından Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şossesi ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına 47ACC680/31E7562 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə getirilmiş ve **********4964 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yükə "Xocasən"xxxx"xxxx" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********4964 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunan "Təzə yaşıl banan" yükünün brutto çəkisi 23700 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet bayan olunduğu halda, banan yükünün netto çəkisinin 1183 kq artıq, yəni brutto çəkisi 23700 kq, netto çəkisi 21700 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi inzibati xəta tərkibi yaradır. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan netto çəkisi 13095 kq “təzə yaşıl banan” yükünün 01 may 2023-cü il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması “əmtəəşünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400- 013/002- aparılması zərurəti yarandığından 24/004694 nömrəli xx.xx.2023-cü il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/3339 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə esasən ekspertiza tədqiqatına təqdim edilmiş banan meyvəsinin 1 kq-nın 01 may 2023-cü il tarixə orta bazar qiymətinin təxminən 2,70 manat, ümumilikdə 13095 kq-nın qiyməti isə 35356,50 manat olduğu müəyyən edilmişdir. Beləliklə, ümumilikdə orta bazar qiyməti 35356,50 manat olan 13095 kq "təzə yaşıl banan" yükünün gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilməsi faktına görə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X2 izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən gömrük orqanına təqdim olunmuş **********5817 nömrəli gömrük bəyannamədə bəyan olunan yükə baxış keçirilərkən gömrük bəyannaməsində göstərilən "Təzə yaşıl banan" yükünün çəkisi 23840 kq, netto çəkisi 20517 kq, yer sayının 1050 qutu, 19 palet brutto bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1234 kq artıq, yəni brutto çəkisi 23840 kq, netto çəkisi 21751 kq, yer sayının 1050 qutu, 20 palet olduğu aşkar edilmişdir. Ümumilikdə orta bazar qiyməti 35356,50 manat olan 13095 kq "Təzə yaşıl banan" yükünün gömrük ərazisinə düzgün bəyan edilməməklə gətirilməsi və həmim halın gömrük orqanında aradan qaldırılmasının mümkün olmadığına görə görə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilərək "xxxx" MMC barəsində 08 may 2023-cü il tarixli EP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, nümyəndəsi olduğu Şəxs tərəfindən Ekvador ölkəsindən banan gətirilmişdir. "Təzə yaşıl banan" yükünün çəkisi 23840 kq, netto çəkisi 20517 kq,yer sayının 1050 qutu, 19 palet brutto bəyan olunduğu halda, banan yükünün netto çəkisinin 1234 kq artıq, yəni brutto çəkisi 23840 kq, netto çəkisi 21751 kq, yer sayının 1050 qutu, 20 palet olmuşdur. Biz ölkəyə gətirilən banan məhsullarının bəyan etdiyimiz çəkidən artıq olacağını qısa idxal bəyannaməsində bildirmişik. Ancaq bu gömrük oraqnə tərəfindən 20 palet yükümüzün 1 paletində nəzərə alınsada digər 19 paletdə nəzərə alınmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsinin tərkib 482.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Qeyd olunan hallar nəzərə alınmaqla inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 06 may 2023-cü il tarixli, 9/3339 saylı rəyində göstərilir ki, 1 kq banan meyvəsinin 1 may 2023-cü il tarixə orta bazar qiyməti təxminən 2,70 manat, 13095 kq-nın qiyməti isə 35356,50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş 00100-01198/23 saylı, 08 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2023-cü il tarixli, 9/3339 nömrəli ekspert rəyini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ölkə ərazisinə gətirilən məhsullara dair bəyannamədə qeyd olunan çəki həmin məhsulun faktiki çəkisi ilə (netto) uyğunluq təşkil etməli və məlumat məhsul gömrük orqanına daxil olanadək verilməlidir. Lakin, hazırkı iş üzrə bəyannamədə qeyd olunan məlumatlar yanlış daxil edilməklə gömrük orqanına təqdim olunmuşdur. Məhkəmə "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 30 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 35356,50 manatın 30 faizi həddində, yəni 10606 manat 95 qəpik məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar