Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-985/2025 12.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1, Bakı şəhəri DYPİ-nin 16 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinin icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində tətib edilmiş 16 aprel 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətə işin Qaradağ rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə etməmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, qeyd olunan şikayət baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi Bak şəhəri, Binəqədi rayonu, X3, 1, GPS 40.4270366,49.8389439 ünvanında baş vermişdir. Həmin ərazi Binəqədi rayonunun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 16 aprel 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilsin Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-985/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-985/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver