Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-986/2020 24.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Baş Dövlət X2, Yol-Patrul Xidməti Alayının 6-cı Tağımın baş inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlunun, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Cəlilabad rayonu, Cəngan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Cəlilababad şəh, 20 yanvar küç, ev 28 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : Şəxs xx.xx.2020-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci kilometrliyində sanitariyagigiyena və karantin rejiminin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın baş yol patrul xidməti inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 Yol-Patrul Xidməti Alayının 6-cı tağımın baş inspektoru, polis kapitanı Mövlayev Natiq Bahadur oğlu tərtib etdiyi protokun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 07:00 radələrində Bakı-Qazax yolunun 65-ci km-də quraşdırılmış “Xüsusi Karantin” postunda məntəqə yoxlamasında yoxlamadan yayınmaqla yük avtomobilləri üçün nəzərdə tutulmuş zolaqla keçən “Mercedes mikroavtobus” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü 1962-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Şəxs Cəlilabad-Bakı arası qanunsuz sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Sonuncu 20 nəfər Cəlilabad rayon vətəndaşını Bakı şəhərinə gətirərkən 719 saylı DYP postunda saxlanılmış, avtomobildə olan sərnişinlər ayrı-ayrılıqda qanuna müvafiq qaydada cərimə olunaraq geri qaytarılmışlar. Sürücü Şəxs isə əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Mercedes mikroavtobus” markalı, ** NZ *** dövlət qeydiyyat nişanlı mikroavtobus özünə məxsus olmaqla sərnişin daşıma fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Lakin ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olaraq uzun müddətdir ki, məhdudiyyətlər olduğundan sərnişin daşıma fəaliyyəti ilə məşğul olmur. Lakin maddi imkansızlığı səbəbindən xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında heç fərqlənmə nişanı olmadan heç bir icazəsi olmayan və portaldan qeydiyyatdan keçməyən Cəlilabad rayonunda qeydiyyatda olan sərnişinləri pul müqabilində karantin postundan keçirməklə Cəlilabad şəhərindən Bakı şəhərinə daşıyacağını öhdəsinə götürmüşdür. Həmin gün saat 07:00-da Bakı-Qazax yolunun 65-ci km-də quraşdırılmış “Xüsusi Karantin” postunda yoxlama məntəqəsində yük avtomobilləri üçün nəzərdə tutulmuş zolaqla hərəkət edib yoxlamadan yayınaraq üzü Bakı şəhəri istiqamətinə hərəkət etmişdir. Bir neçə km hərəkət etdikdən sonra qarşıda olan 719 saylı YPX postunda polis əməkdaşları ona idarə etdiyi avtomobili saxlaması üçün saxla işarəsi vermişlər, o avtomobili saxlamış, bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib icazələrinin olub-olmamasını soruşmuşlar və müəyyən olunmuşdur ki, avtomobildə olan sərnişinlərdən 12 nəfərin icazəsi yoxdur. Bundan sonra idarə etdiyi mikroavtobusada olan Cəlilabad sakinləri barəsində protokol tərtib edilmiş və yaşadıqları rayon ərazisinə geri qaytarılmışlar. Onun isə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin əlamətləri aşkar olduğundan barəsində protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə təqdim olunmuşdur. Sonda məhkəməyə müraciət edərək bir daha analoji hallara yol verməyəcəyini, əməlindən səmimi peşman olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respubllikası DİN BDYPİ-nin rəis müavini, YPXA-nın komandiri, polis polkovniki Fuad Mayılova ünvanlanmış raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə, 07:00 radələrində Bakı-Qazax yolunun 65-ci km-də “Xüsusi Karatin” postundan yük avtomobilləri üçün nəzərdə tutulmuş zolaqla keçərək yayınan “Mercedes mikroavtobus” markalı, ** NZ *** dövlət qeydiyyatlı nişanlı mikroavtobusun sürücüsü Məmmədov X1 rayonu-Bakı şəhəri arası qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq Cəlilabad rayonundan 20 (iyirmi) nəfər Cəlilabad rayon vətəndaşını Bakı şəhərinə gətirərkən 719 saylı DYP postunda tərəflərindən saxlanılmışdır. Sürücü M.Eyvaz həmin vətəndaşlarla eyni şəhərdə yaşadığını və sonuncuları alış-veriş məqsədilə Bakı şəhərinə gətirdiyini bildırmiş, avtomobildə olan sərnişinlər barəsində isə İXM-nin 211-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olumuş və yaşadıqları ünvan üzrə geri qaytarılmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, protokol tərtib etmiş şəxsin və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Belə ki, Belə ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması inzibati məsuliyyətə səbəb olan əməldir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli, 178 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarının 1.2-ci bəndinə əsasən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəzabərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları dayandırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 255 nömrəli “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” qərarının 1-ci bəndinə əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020ci il 31 avqust saat 00:00-dək uzadılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahının qeyd edilən qərarlarında nəzərdə tutulmuş qaydada müvafiq icazəsi olmayan sərnişinləri Bakı şəhərinə gətirməyə cəhd etmişdir. Qeyd olunan halı Şəxs mübahisələndirməyərək etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-986/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-986/2020
24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver