Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-986/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, 07 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti “Hyundai Tucson” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 04 yanvar 2023-cü il tarixdə, saat 13:03-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 3(009)-607/2023 nömrəli qərardadından görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 17 may 2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, ünvan 1ğ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmiş sifarişli poçt göndərişi Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 25 may 2023-cü il tarixdə imza edilməklə qəbul olunmuşdur. İş materiallarında olan 22 may 2023-cü il tarixli, 3(002)-986/2023 saylı bildirişdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, ünvan 1ğ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Bununla da, məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında Şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, ünvan 3işlər göndərilmiş, həmçinin səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 22 may 2023-cü il tarixli məhkəmə iclası 31 may 2023-cü il tarixə təxirə salınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP seriyalı ******* nömrəli, 07 mart 2023-cü il tarixdə Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus “Hyundai Tucson” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin DYPŞ-nin İT üzrə baş inspektoru E.Ağamalıyev tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin balansında olan “Hyundai Tucson” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub poçt vasitəsi ilə Şəxs Açıq Səhmdar Cəmiyyətinin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 23 yanvar 2023-cü il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə-hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti səlahiyyətli orqan tərəfindən ünvanlanmış sorğuya qanunvericiliklə müəyyən olunmuş müddətdə “Hyundai Tucson” minik markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi tələb edilmiş, poçt vasitəsi ilə göndərilmiş sorğu 23 yanvar 2023-cü il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə qəbul edilsə də cavab verməyə səy belə göstərilməyərək laqeydlik nümayiş etdirilmiş və səhlənkar yanaşılmışdır. Bununla da Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-986/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-986/2023
31.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver