Məhkəmə qərarları › İş №3(002)-989/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-989/2020

04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-989/2020 04.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, X2, Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 blok-2, mənzil 80 ünvanında yaşayan X3, şikayətlə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə edilmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020 ci il tarixdə gündəlik təlabatlarını həll etmək ücün 8103-ə sms yazmışdır. Təstiq sms-i gəldikdən sonra yaşayış yerini tərk etmişdir. Sabail rayon Salyan şosesi YDM-nin yaxınlığında Polis əməkdaşları tərəfindən vətəndaşların karantin rejimi qaydalarına əməl edib-etməmələri yoxlanılırdı. Saat 18:50 radələrində Səbail Rpi-NİN 8 ci Polis bölməsinin sahə rəisi X7 onu Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 211.1 ci maddəsi ilə təqsirli bilib barəsində protokol tərtib etmişdir. O, Polis əməkdaşına icazəsinin olduğunu bildirsəmdə polis əməkdaşı onun sözlərinə əhəmiyyət verməmişdir. Həmin an o icazə smsini ona göstərdikdə isə polis əməkdaşı bildirmişdir ki, onun adı portalda cıxmır. Ona görədə ona inzibati cərimə yazmaq məcburiyətindədir. O, nəqədərdə günahsız olduğunu söyləsə də polis əməkdaşı inadından dönməmiş və onun barəsidə protokol tərtib etmişdir Ancaq o polis əməkdaşının onun barəsidə yazdığı protokola qol çəkməmiş, cünki o icazəli olduğu halda savatsızcasına ona cərimə yazmışdır. Bu protokol əsasında da onun barəsində eyni tarixli nzibati qərar qəbul edərək onu 200 (iki yüz) manat miqdarında cərimələmişdir. Qeyd olunanlara əsasən Səbail RPİ 8-ci Polis bölməsinin sahə rəisi X4 onun barəsidə tərtib etdiyi xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 öz izahatında verdiyi şikayəti müdafiə etsə də fərqli izahat verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 14:37-də sms vasitəsi ilə iki saatlıq icazə alaraq ona çatası pulu almaq məqsədi ilə Türkan qəsəbəsinə getmişdir. İdarə etdiyi avtomobil köhnə və nasaz olduğu üçün yol boyu dəfələrlə avtomobili saxlayıb ona qulluq etmək məcburiyyətində qalmışdır. Odur ki, geri qayıdarkən təxminən saat 18:50 radələrində Salyan şossesi, “Azpetrol” YDM-nin yanında polis əməkdaşları tərəfindən saxlanılaraq sms müddəti bitdiyi üçün barsəində inzibati protokol tərtib edilmişdir. O, gecikməsinin səbəbini polis əməkdaşlarına izah etsə də, polis əməkdaşları onun dediklərinə məhəl qoymamışlar. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Səbail RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 18:50 radələrində Səbail rayonu, Səlyan şossesi, “Azpetrol” YDM-in yaxınlıqında İXM-nin 211.1-ci maddəsinin tələblərini pozduğunda görə 200 manat məbğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş SMS mətninin çıxarışından görünür ki, X3 xx xxxx 2020-ci il tarixdə saat 14:21 radələrində “8103” nömrəsinə “2 AA1699165” saylı şəxsiyyət vəsiqəsinin seriyasını göndərərək müvafiq icazə almışdır. Bundan sonra onun sorğusuna əsasən xx xxxx 2020-ci il tarixdə saat 14:37-dən 02 (iki) saat, yəni saat 16:37-dək yaşayış yerini tərk edilməsinə icazə verilmişdir. X1 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş və buna hər-hansı bir formada cəhd belə göstərməmişdir. O cümlədən iş materiallarına da təqsirsiz olmasına dair hər-hansı bir sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Səbail RPİ-nin 8-ci PB-nin sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar