Məhkəmə qərarları › İş №3(002)-990/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-990/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-990/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, X2 ilə, X3 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X4, Qaradağ Rayon Məhkəməsinə şikayət ilə müraciət edərək, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi X7 tərəfindən barəsində İXM-nin 482.2-ci maddəsinə əsasən 8400 manat məbləğində inzibati cərimə tənbehinin tətbiq edilməsi dair xx xxxxxx 2020-ci il tarixli 00100/1635 nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilərək təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməklə həmin ekspertiza rəyin əsasında müəyyən edilmiş məbləğin 30% məbləğində cərimə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də, məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 vəkili və nümayəndəsi Nağıyev X9 rayon Məhkəməsinə vəsatət göndərərək, qeyd olunan işin baxılması üçün aidiyyatı üzrə Ağdam rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, vəsatəti nəzərdən keçirib hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və inzibati qərardan şikayətə baxılması üçün Ağdam rayon Məhkəmsinə göndərilməlidir.. Belə ki, iş materiallarından aydın olur ki, qərardan şikayət verən şəxs X1 şəhəri, Q.Əliyev küçəsi, ev 22 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində göstərilri ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilsin. Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 00100/1635 saylı “inzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar