Məhkəmə qərarları › İş №3(002)-993/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-993/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-993/2022 15.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis leytenantı X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 2000-ci il tarixdə Qəblə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qəbələ rayonu, Bunud kəndində kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Qaradağ RPİ-dən tərəfindən Şəxs barəsində İXM-nin 332.4-cü maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 15 iyul 2022-ci il tarixdə, saat 16:40 radələrində Bakı-Qazax yolunun 14-cü kilometrdə hərəkətdə olarkən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “Seat exeo” minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib sağında hərəkətsiz dayanan “Toyota Pirius” minik markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq maddi ziyan vurmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 12 avqust 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis leytenantı X3 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 15 iyul 2022-ci il tarixdə, saat 16:40 radələrində idarə etdiyi “Seat Exeo” minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolun sağ tərəfində hərəkətsiz vəziyyətdə dayanmış “Toyota Pirius minik” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Sənədləri yerində olmadığından yol polisinin gəlməməsini və dəyən ziyanı özünün ödəyəcəyini bildirmişdir. Lakin qarşı tərəf bununla razılaşmamış və hadisə yeirnə yol polisi əməkdaşları gəlmişlər. O öz izahatında daha sonra hadisə nəticəsində xəsarət alanın olmadığını, törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini və “X1” fəal iştirak etməklə Ağdamın və Suqovuşanın azad olunmasına görə medallarla təltif edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə Şəxs barəsində tərtib edilmiş 12 avqust 2022-ci il tarixli İXP ******* saylı protokolu və həmin protokolda qeyd olunan maddələri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində göstərilir ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamından aydın olur ki, əsgər Şəxs “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və inzibati xəta törədən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar