Məhkəmə qərarları › İş №3(003)-1/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1/2022 09.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, İnzibati tənbeh qərarını qəbul etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsinin sədri X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 24 sentyabr 2018-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri, Xəzər rayonu, Buzovna Bələdiyyəsinin sədri X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşı tərəfindən yazılmış və Buzovna Bələdiyyəsinin sədri X2 2000 manat məbləğində cərimə edilməsinə dair 24 sentyabr 2018-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov tərəfindən tərtib edilmiş 24 sentyabr 2018-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında qərarla Buzovna Bələdiyyəsinin sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı 10 oktyabr 2018-ci il tarixdə poçtla almışdır. Belə ki, qeyd olunan qanun pozuntusuna görə məsuliyyət bələdiyyələrin üzərinə deyil, Bakı Şəhər İcra Hakimiyyət Başçısının xx.xx.2012-ci il tarixli 357 saylı sərəncamının icrası haqqında 13/3 saylı Səracamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-cı il 06 iyun tarixli 586 saylı Fərmanı ilə ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətnin tabeliyində hüquqi şəxs statusu ilə "xxxx" MMC təsis edilmişdir. Bakı Şəhər İcra Hakimiyyət Başçısının xx.xx.2012-ci il tarixli 357 saylı sərəncamına əsasən "xxxx" MMC struktur vahidi kimi Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilmiş və təsərrüfat fəaliyyəti üzrə idarəçiliyinin həyata keçirilməsi müəyən edilmişdir. Digər tərəfdən, AR Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 06 avqust 2008-ci il tarixli 2983 saylı Sərəncamına əsasən Bakı şəhəri ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin "xxxx" ASC tərəfindən həyata keçirilməsi nəzərdə tutulmşdur. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Bakı şəhər bələdiyyələrinə ünvanladığı 09/5-66 saylı, xx.xx.2016-cı il tarixli məktubunda “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1-ci maddəsində bələdiyyələr tərəfindən tətbiq edilməli olan yerli ödənişlər göstərilmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilməmiş, məişət tullantılarının daşınması bələdiyyələrə həvalə olunmamışdır. Daha sonra, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbə Bələdiyyəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə bələdiyyələrin müvafiq qurumlar tərəfindən cərimələnməsi ilə bağlı sorğusuna cavabda da göstərilir ki, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi və bu sahədə başqa məsələlərin həll edilməsi "xxxx" ASC və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, 24 sentyabr 2018-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarı ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, 24 sentyabr 2018-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qərarı ilə Bakı şəhər Xəzər rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün Xəzər rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi inzibati tənbeh qərarını qəbul etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3 şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir Məhkəmə şikayətçi tərəfin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Əlişah Rəcəbov tərəfindən tərtib edilmiş 24 sentyabr 2018-ci il tarixli ******* nömrəli qərardan görünür ki, Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivinin Buzovna bələdiyyəsinə məxsus ərazisində istehsalat, məişət və digər tullantıları qanunsuz qalaqlandığına görə Buzovna Bələdiyyəsinin sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2013-cü il tarixli, 13/3 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində hüquqi şəxs statusu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 357 saylı Sərəncamına əsasən "xxxx" MMC struktur vahidi kimi Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyinə verilmiş və təsərrüfat fəaliyyəti üzrə idarəçiliyinin həyata keçirilməsi müəyyən edilmişdir. Bakı şəhəri ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması, zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi "xxxx" MMC-yə həvalə edilmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi tərəfindən Bakı şəhərinin bələdiyyələrinə ünvanlanan xx.xx.2016-cı il tarixli məktubda deyilir ki, son vaxtlar vətəndaşlardan daxil olmuş müraciətlərdə Bakı şəhərinin bir sıra bələdiyyələri tərəfindən məişət tullantıları ilə bağlı yerli ödənişlərin tətbiq olunması göstərilir. Bildirilir ki, “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində bələdiyyələr tərəfindən tətbiq edilməli olan yerli ödənişlər göstərilmişdir. Məişət tullantılarının daşınması ilə bağlı yerli ödənişin tətbiqi qanunla müəyyən edilməmiş, məişət tullantılarının daşınması bələdiyyələrə həvalə olunmamışdır. Həmçinin Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 06 avqust 2008-ci il tarixli, 2983 nömrəli sərəncama əsasən Bakı şəhəri ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncama əsasən Bakı şəhəri ərazisində əmələgəlmə mənbələrindən asılı olmayaraq bütün bərk məişət tullantılarının yığılması, daşınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı şəhəri İcra Hakimiyyətinə tapşırılmışdır. Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilərək qanunun tələblərinə əməl olunması tövsiyə olunur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Bakı şəhəri Xəzər rayonu Mərdəkan bələdiyyəsinə ünvanladığı xx.xx.2012-ci il tarixli məktubda deyilir ki, “məişət tullantılarının təmizlənməməsinə görə bələdiyyələrin müvafiq qurumlar tərəfindən cərimələnməsi ilə bağlı sorğunuza baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il’ tarixli 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi işlərinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncama əsasən Bakı şəhəri ərazisində əmələgəlmə mənbələrindən asılı olmayaraq bütün bərk məişət tullantılarının yığılması, daşınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı şəhəri İcra Hakimiyyətinə tapşırılmışdır. Həmçinin, Nazirlər Kabinetinin 21 aprel 2011ci il țarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri"ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının çirklənmədən qorunması, əhali arasında yåşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və. onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Ínzibati Xətalar Məcəlləsinin 319-cu maddəsinə əsasən, ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə müəyyən edilmiş tələblərinin və ya qərarlarının yerinə yetirilməməsi inzibati məsuliyyət yaranmasına səbəb olur. Qeyd edirik ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bələdiyyələr yerli ekoloji proqramlar tərtib edə bilərlər. Yerli ekoloji proqramlarda məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Göstərilənlərə əsasən, məişət tullantılarının yığılması, nəql edilməsi zərərsizləşdirilməsi və bu sahədə başqa məsələlərin həll edilməsi “Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri İcra Hakimiyyəti tapşırılmışdır. Beləliklə, bələdiyyə ərazisində yerli ekoloji məsələlərin həlli qanunvericilikdə bələdiyyələrin üzərinə vəzifə kimi qoyulmamış və yalnız hüquq kimi nəzərdə tutulmuşdur. Bələdiyyələr yalnız o halda inzibati məsuliyyətə cəlb oluna bilərlər ki, onların özləri birbaşa və ya onlara tabe qurumlar ətraf mühitin mühitin sahəsində mövcud qanunların və digər normativ aktların tələblərini pozmuş olsunlar”. İş materiallarına əlavə edilmiş 49454 nömrəli aktdan və əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, Albalılıq yaşayış Massivi, dəmir yolunun solunda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 11 saylı RETSİ-nin əməkdaşları və Buzovna qəsəbə bələdiyyəsinin əməkdaşının iştirakı ilə, Nazirliyin “Qaynar xətt” xidmətinə daxil olmuş məlumat əsasında yoxlama aparılarkən tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsinin Albalılıq yaşayış masssivinin Buzovna Bələdiyyəsinə məxsus ərazisində Ətraf mühitin mühafizəsi haqqında AR Qanununun 47, “İstehsal Məişət tullantıları haqqında” qanunun 9,11,12-ci maddələrinin tələblərinin pozularaq istehsalat, məişət və digər tullantılarının qalaqlanması və yandırılması faktı aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2022-ci il tarixli, 10/2889 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin Yerquruluşu, Xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisindən keçən dəmiryolu xəttinin sol tərəfində yerləşən ərazinin (faktiki ölçülən) Buzovna Bələdiyyəsinin mülkiyyətinə aid olmadığı müəyyən edilmişdir. Həmçinin "xxxx" MMC-nin Yerquruluşu, Xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən həmin ərazilərin mülkiyyət hüququnun dövlətə məxsus olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. İnzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Qeyd edilməlidir ki, maddihüquq normalarının reallaşdırılması ilə bağlı inzibati prossesual fəaliyyətin tənzimlənməsi də İXM-ə xas olan xarakterik xüsusiyyətlərdən biridir. Bu baxımdan həmin Məcəllənin funksional fəalliyyətinin təmini üçün onun həm maddi, həm də prossesual (formal) normaları arasında sistemli hüquqi vəhdətin, məntiqliyin, aydınlığın mövcud olması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin edilməsi tapşırılmışdır. “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2008-ci il tarixli sərəncamına əsasən, məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və cəmiyyətə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydalarının 2.1-2.3-cü bəndlərinə görə şəhərlər və digər yaşayış məntəqələri ərazisində bərk məişət tullantıları yığılan tutumların sayı və həcmi kommunaltəsərrüfat qurumları tərəfindən müəyyən edilir. Həmin Qaydalarının 10.1-ci bəndinə əsasən küçələrin, həyətlərin, şəhərlər və digər yaşayış məntəqələrinin digər ərazilərinin, həmçinin ümumi istifadə yerlərinin və çimərliklərin təmiz saxlanılması vəziyyətinə nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi həyata keçirilir. Həmin Qaydaların 10.5-ci bəndinə əsasən bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması, əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən yerli özünüidarə orqanları tərəfindən tullantıların idarə olunmasının qanunvericiliyə uyğun təmin edilməsi tullantıların idarə olunması üzrə münasibətlərin tənzimlənməsi sahəsində dövlət hakimiyyət orqanlarının vəzifələrindən biri kimi göstərilmişdir. Həmin Qanunun 12-ci maddəsinə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır.Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir.Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Həmin Qanunun 15-ci maddəsinə əsasən tullantılarla bağlı fəaliyyətə dövlət nəzarətinə hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunması, təqsirkar hüquqi və fiziki şəxslərin qanunvericilikdə müəyyən olunan qaydada məsuliyyətə cəlb olunması daxildir. Həmin Qanunun 17-ci maddəsinə əsasən tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 6-cı maddəsinə əsasən bələdiyyələr yerli ekoloji proqramlar tərtib edə bilərlər. Yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. “Ətraf mühitin mühafizəsi” haqqında 8 iyun 1999-cu il Qanunun 47-ci maddəsinin 1ci hissəsinə görə istehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır. Göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisində istehsalat, məişət və digər tullantıları qanunsuz qalaqlanması faktı aşkar edilmişdir. Həmin fakt aşkar edildikdən sonra inzibati orqan tərəfindən həmin ərazinin Buzovna Bələdiyyəsinin mülkiyyətinə aid olduğu əsası ilə bələdiyyənin sədri X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir.. İşin araşdırılması zamanı məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisindən keçən dəmiryolu xəttinin sol tərəfində yerləşən ərazinin (faktiki ölçülən) Buzovna Bələdiyyəsinin mülkiyyətinə aid olmadığı, həmin ərazilərin mülkiyyət hüququnun dövlətə məxsus olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilən normativ hüquqi aktlara istinadən məhkəmə qeyd edir ki, bələdiyyələr yalnız öz mülkiyyətində olan torpaqlarda istehsalat, məişət və digər tullantılarının qalaqlanmasına, daşınmasına, ekoloji tarazlığın qorunub saxlanmasına, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılmasına, məişət tullantılarının yığılmasına, nəql edilməsinə, zərərsizləşdirilməsinə cavabdehlik daşıyır. Məhz onun mülkiyyətində olan torpaqlarda yuxarıda göstərilən hallara əsasən qanunun tələblərinin pozulması bələdiyyələrin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilər. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi ərazisindən keçən dəmiryolu xəttinin sol tərəfində yerləşən ərazinin Buzovna Bələdiyyəsinə deyil dövlətə məxsus olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 55.2-ci maddəsinə əsasən, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Həmçinin 55.3 və 55.4-cu maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir və məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 24 sentyabr 2018ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti dövlət hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar