Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-100/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs 30 yanvar 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 27 dekabr 2021-ci il tarixli protokola əsasən Şəxs 09 dekabr 2021-ci il tarixdə, saat 18:00-da idarə etdiyi «Hyundai H 100» yük markalı, **-JS-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı Elvin Cəfərov tərəfindən 13 dekabr 2021-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 09 dekabr 2021-ci il tarixdə, saat 18:00-da idarə etdiyi «Hyundai H 100» yük markalı, **-JS-*** dövlət nömrə nişanlı avtomobillə Binə körpüsünün üstündə 50 km/saat sürətlə şəhər istiqamətində hərəkətdə olmuşdur. Körpüdən düşərkən ağ rəngli «Mercedes» markalı avtomobil onu çaşdırmış və o, yol nişanına fikir verməyərək avtomobilin sol qabaq hissəsi ilə «Nissan Pathfinder» markalı avtomobilin sağ qabaq hissəsindən vurmuşdur. Törətdiyi əməldən səmimi peşman olduğunu, işinin sürücülük vəsiqəsindən asılı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 09 dekabr 2021-ci il tarixdə arvadı X1 məxsus «Nissan Pathfinder» markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobillə Hava limanı istiqamətindən Binə qəsəbəsi istiqamətində 20-25 km/saat sürətlə hərəkətdə olmuşdur. Binə körpüsünə qalxmaq istəyərkən sürətlə gələn «Mercedes» markalı avtomobilin arxasınca «Hyundai H 100» yük markalı avtomobilin gəldiyini görüb işarə edərək yol vermələrini istəmişdir. Bu zaman «Mercedes» markalı avtomobil sağ tərəfdən keçmiş və o, əyləcdən istifadə edərək avtomobili saxlamışdır. «Hyundai H 100» yük markalı avtomobil isə yol verməyərək onun qarşısına çıxmış və onun idarə etdiyi avtomobili vurmuşdur. Hadisədən dərhal sonra DİN 102 xidmətinə və 103 təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı sinəsi və qolu əzildiyindən evdə müalicə olunmuşdur. Avtomobilinə 8175 manat ziyan dəymişdir ki, onun 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Hadisənin səhəri günü hadisəni törədən Emil zəng edərkən ondan avtomobilə dəymiş ziyanı ödəməsini tələb etsə də, o, maddi imkanı olmadığı üçün öz avtomobilini belə düzəltdirə bilmədiyini demişdir. Onun maşını çox əzildiyindən ucuz qiymətə satmağa məcbur olmuşdur. Şəxs törətdiyi əmələ görə qanuna müvafiq qaydada cəzalanmasını məhkəmədən xahiş etdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 10 dekabr 2021-ci il tarixli, 1527 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər 09 dekabr 2021-ci il tarixli yolnəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-100/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-100/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver