Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1000/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında 00800-0087/22 nömrəli, 04 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs az miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə, yəni gizli saxlanc yerlərindən istifadə etməklə keçirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X2 göstərdi ki, beynəlxalq poçt göndərişləri vasitəsi ilə Türkiyə Respublikasından gömrük ərazisinə göndərilən, izləmə kodu CP050840949TR olan, alıcı adı müvafiq olaraq Fahreddin Qedimov, ünvanı ünvan 1lamanın içərisində olan qatlanan yaylı döşəyin içərisində gömrük nəzarətindən gizlədilmiş halda üzərində “Water for İnjections, PH.EUR.3.0. ml” sözləri yazılmış 72 ədəd şüşə flakonun içərisində maye halında dərman vasitəsi aşkar edilərək protokol əsasında götürülmüşdür. Buna görə də, Şəxs barəsində 00800-0087/22 nömrəli, 04 iyul2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Türkiyədə yaşayan qohumu Murad onunla telefon vasitəsi ilə danışarkən ondan nə istədiyini soruşmuş, o isə traktor sürücüsü olduğundan ona döşəkcə göndərməsini istəmişdir. Sonradan gömrük əməkdaşı ona zəng edən zaman döyşəkçənin içində dərman suları göndərildiyini bilmişdir. Onun həmin dərman sularından məlumatı olmamışdır. Məhkəmədən həmin dərman sularının müsadirə olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs az miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə, yəni gizli saxlanc yerlərindən istifadə etməklə keçirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, Fəxrəddin Qasımovun xahişini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 6/2684 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şəxs..” sözləri olan polietilen paketdəki 72 ədəd üzərində “Water for İnjections, PH.EUR.3.0. ml” göstəriciləri olan ampulalardakı maye “Azərbaycan Respublikasının ərazisində döriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları” na daxil deyildir. Təqdim edilmiş ampulaların üzərlərindəki tarix göstəricilərinə görə yararlıq müddəti keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 9/3345 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Water for İnjections, PH.EUR.3.0. ml” markalanma göstərici olan flakonda dərman preparatlarının 1 ədədinin 21 aprel 2022-ci il tarixə olan orta qiyməti təxminən 3,50 manat, 72 ədədinin qiyməti isə təxminən 252 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iş üzrə 181 (yüz səksən bir) manat məbləğində ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan üzərində “Water for İnjections, PH.EUR.3.0. ml” göstəriciləri olan 72 ədəd ampulalardakı maye müsadirə edilsin. İş üzrə 181 (yüz səksən bir) manat məbləğində ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1000/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1000/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver