Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1001/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxx 1977-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, iki yetkinlik yaşına çatmayan uşağı olan, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Abşeron» sanatoriyasında məskunlaşmış haqqında Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 14 iyun 2022-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 14 iyun 2022-ci il tarixdə, saat 22:43-də «Opel Meriva-A» minik markalı, **-KH-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmçinin işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taski fəaliyyəti ilə məşğul olur və aylıq 500-600 manat gəlir əldə edir. Özü sürücülüklə məşğul olduğundan spirtli içki qəbul etmir. 14 iyun 2022-ci il tarixdə müştəri olaraq götürdüyü şəxs özünə və ona «Yaguar» energetik işçisi almışdır. Təxminən 4-5 saat sonra YPX əməkdaşı onu saxlamışdır. Alkotesterlə onun sərxoşluq vəziyyətini yoxlamışlar və onun sərxoş olduğu müəyyən olunmuşdur. O, «Yaguar» energetik işçisini içdiyini bildirsə də, ona həmin içkinin spirli içki olduğunu emişlər. İşinin nəqliyyat vasitəsindən asılı olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olmasını və ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu bildirərək məhkəmədən cərimə cəzasının verilməsini xahiş etdi. Bakı şəhər BPİ DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, E.A.Mərdanovun əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə olunan 14 iyun 2022-ci il tarixli Alkotester məlumatından görünür ki, Şəxs sərxoşluq dərəcəsi - 0,418 promildir. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını və ailəyə qazanc gətirən şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, məsuliyyətini yüngülləşdirən halları və işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1001/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1001/2022
20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver