Məhkəmə qərarları › İş №3(003)-1003/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1003/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1003/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakları ilə Şəxs xx.xx.1971-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayonu 7ci mikrorayon S.S.Axundov küçəsi 1 inzibati binada qeydiyyatda olan və Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 327.8-ci maddəsi ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: :Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materialdan və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il il tarixdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsində Şəxs idarə etdiyi "Daewoo-Nexia" markalı **-XK-*** dövlət qeydiyyat nișanlı avtomaşınla yolu keçən piyada X2 vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı əməldə cinayət tərkibinin olmadığı müəyyən edilmişdir. Xəzər RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X4 tərəfindən 27 aprel 2023cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və sürücü Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati təsir tədbirləri görülməsi məqsədilə toplanmış material Xəzər RPİ-nin X10 Şöbəsinin vasitəsilə Xəzər rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon DYPŞ YNH inspektoru, polis mayori X6 tərəfindən 10 may 2023-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilərək törətdiyi əməli etiraf etdi və göstərdi ki, "Daewoo-Nexia" markalı **-XK-*** dövlət qeydiyyat nișanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, tanışları Aqil Nəsibov və Elșad İsmayilovla birlikdə Buzovna qəsəbəsindən Maștağa qəsəbəsi istiqamətində hərəkətdə imiş. Həmin yolun üstündə yerləşən “Məkan” kafesinin qarşısına çatan zaman 2 nəfər șəxsin yolu keçməsini görmüş və avtomobili yavaşlatmışdır ki, onlar yolu keçib qurtarsınlar. Daha sonra o, hərəkətini davam etdirmişdir. Həmin şəxslər yolu sağdan sola keçmiş və yolun ortasında olan zaman onlardan biri içkili olduğu üçün geriyə doğru yıxılmış və əli avtomobilin sol yan hissəsindəki güzgüyə dəymişdir. Həmin şəxs – sonradan adını bildiyi Maftun yerə yıxılmışdır. O, Maftunu şəxsi avtomobillə xəstəxanaya aparmışdır. Orada Maftun içkili olduğu üçün yerə yıxılıb xəsarət almasını demiş, müayinə onunduqdan sonra Maftunun əlinə tikiş vurulmuş və o, onu yaşadığı evə aparmışdır. Ertəsi gün Maftuna 250 manat pul vermiş, hətta onunla barışıq əldə edib getmişdir. Baş vermiş hadisədən peşmandır, müxtəlif işlər tapıb fəhləlik edərək ailəsini birtəhər dolandırır, himayəsində 1 uşağı, həmçinin beyin iflicindən əziyyət çəkən xəstəsi vardır. Bütün bunların nəzərə alınaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərərçəkmiş şəxs X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o, Buzovna qəsəbəsində yerləşən “Məkan” kafesindən çıxmış və yolu əks istiqamətə keçməyə başlamışdır. O, yolun ortasında yerləşen qoşa xəttin üzərində olan zaman Buzovna qəsəbəsi istiqamətinden Mağtağa qəsəbəsi istiqamətinə hərəkətdə olan avtomobil onu vurmuş və o, xəsarət almışdır. Həmin şəxslər onu “X8”nə gətirmiş və orada onun əlinə tikiş vurulduqdan sonra yașadığı evə getmișdir. Bir neçə gündən sonra o, özünü narahat hiss etmiş və xx.xx.2023-cü il tarixdə DiN-nin “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, xəstəxanalarda müayinə olunmuş, bu zaman başqa xəsarətlər, problemlər aşkarlanmış, bir ay yarım evdə müalicə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona hər hansı köməklik göstərməmişdir. Hadisə vaxtı Tarix onu xəstəxanaya aparmış və tikişin pulunu vermişdir. O, hazırda işləyə də bilmir, Tarixə zəng vurub köməklik istədikdə Tarix ona köməklik göstərməkdən imtina etmişdir. Ona dəymiş ziyan ödənilmədiyi üçün o, şikayətçidir, bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və bildirir ki, zərər ödənildiyi halda şikayətçi olmayacaqdır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, təhqiqat araşdırması zamanı yol-nəqliyyat hadisəsi baş vermiş əraziyə hal şahidlərinin İştirakı ilə baxış keçirilmiş, bununla bağlı yolnəqliyyat hadisəsi üzrə sxem çəkilmiş, protokol tərtib edilmiş, fotoşəkillər çəkilmiş və materiala əlavə olunmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin aktları alınaraq materiala əlavə olunmuşdur. İş materiallarında olan Məhkəmə Tibbi ekspertizasının 19 aprel 2023-cü il tarixli 390 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol dizin əzilmiş yarası, sol gözaltı nahiyənin, sol saidin, sağ budun qançırları, burun tənəffüsünün pozulmaması ilə müşayiət olunan burun süműyünün sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun "X9" Publik Hüquqi şəxsə müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddirlər. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, İİ qrup əlil olması, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Məhkəmə eyni zamanda qeyd edir ki, zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmə hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə qərar qanuni qüvvəyə mindikdən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı mülki mühakimə icraatı qaydasında dəymiş ziyanın ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar