Məhkəmə qərarları › İş №3(003)-1004/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1004/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1004/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 18 yanvar 2022-ci il tarixli protokola əsasən Şəxs 11 yanvar 2022-ci il tarixdə, saat 16:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Khazar SD» markalı, **-PD-*** dövlət nişanlı avtomobillə zərərəçəkmiş şəxsə maddi zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələrində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə, saat 16:00-da qardaşı X3 idarə etdiyi «Khazar SD» markalı, **-PD-*** dövlət nişanlı avtomobillə «Opel Zafira» markalı, **-KN-*** dövlət nişanlı avtomobili vurmuşdur. X2 getməli olduğundan onun sürücülük hüququnun məhdudlaşdırılmaması üçün o, hadisəni öz üzərinə götürmüş və bu barədə DYPŞ-nin əməkdaşına bildirmişdir. O, həmin avtomobili idarə etməmiş və hadisəni törətməmişdir. Təqsirinin olmadığını bildirərək məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 11 yanvar 2022-ci il tarixdə «Khazar SD» markalı, **-PD-*** dövlət nişanlı avtomobili idarə edən şəxs onun idarə etdiyi və taksi fəaliyyəti ilə məşğul olduğu «Opel Zafira» markalı, **-KN-*** dövlət nişanlı avtomobili vurmuşdur. Həmin vaxt «Khazar SD» markalı avtomobili Şəxs yox, qardaşı idarə etmişdir. Qardaşı ona avtomobilə dəymiş ziyanı ödəməyi təklif etsə də, o, razılaşmamış və polisin gəlməsini gözləmişdir. Lakin Şəxs qardaşı avtomobili sürüb hadisədən yerindən getmişdir. DYPŞ-nin əməkdaşı hadisə günü onları görmüşdür. Hadisə nəticəsində onun avtomobilinə 1800 manat ziyan dəymiş, həmin ziyanın 1000 manatı sığorta şirəti tərəfindən ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında protokol tərtib edən Mehdiyev rəhman Şücaət oğlu ifadəsində bildirdi ki, Bakı şəhəri Xəzər rayon Polis idarəsinin Dövlət yol polisi şöbəsinin axtarış üzrə inspektoru vəzifəsində işləyir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və o, hadisə yerinə getmişdir. Hadisə yerinə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili də, getmişdir. O, hadisə yerində olanda digər avtomobil hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs səhəri günü DYPŞ-nə gəlmiş, Şəxs isə 10 gün sonra gəlmişdir. Elmanın qardaşı Sərxan bildirmişdir ki, yol-nəqliyyat hadisəsini Elman törətməsinə baxmayaraq onun sürücülük vəsiqəsi olduğundan törədilmiş əməli boynuna ala bilər. Lakin o, bununla razılaşmamış və hadisəni törətmiş Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs də, həmin protokolun surətini alaraq imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə işdə iştirak edən proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs 11 yanvar 2022-ci il tarixdə, saat 16:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi «Khazar SD» markalı, **-PD-*** dövlət nişanlı avtomobillə zərərəçəkmiş şəxsə maddi zərər vurmuş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və inzibati məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar