Məhkəmə qərarları › İş №3(003)-1004/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1004/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1004/2024 09.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta törədilməsi haqqında MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1004/2024 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10000 manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1532/2024 saylı qərarı ilə Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(003)-1004/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılıb araşdırılması üçün Xəzər rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 bildirdi ki, daxil olmuş müraciət əsasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Toğrul Həsənzadə göstərilən ünvana yaxınlaşır və şikayətçi ilə əlaqə saxlanıldıqda şikayətçi Şəxs MMC tərəfindən tullantıların atıldığını bildirmişdir. Bundan sonra əməkdaş Şəxsə yaxınlaşır, barələrində zibillərin atılmasına dair şikayətin olduğunu bildirir və marketdə yaranan zibillərin tullandığı yerin göstərilməsini xahiş etmişdir. Şəxsin nümayəndəsi tullantıların atıldığı yeri göstərmişdir. Həmçinin Şəxs MMC özləri də etiraf edirlər ki, onlar tərəfindən tullantıların yerləşdirilməsi yeri müəyyən edilməmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş sorğuya "xxxx" MMC-nin cavab məktubundan görünür ki, inzibati xətanın törədildiyi yerdə Şəxs MMC-yə xidmətlər göstərilmir. Bununla da müəyyən olunur ki, Şəxs MMC tərəfindən tullantıların yerləşdirilməsi, daşınması qaydaları pozulmuşdur. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bütün tullantıların daşınması kommunal xidmətlər tərəfindən həyata keçirilməli və bununla bağlı müəssisələrlə müvafiq müqavilələr olmalıdır. Bunun üçün müvafiq konteynerlər qoyulmalı, digər şərtlər, tədbirlər görülməlidir. Şəxs MMC ilə Kommunal Xidmətlər Müəssisəsi” MMC arasında bağlanmış müqavilə isə Xətai rayonda xidmətlərin göstərilməsi barədə bağlanmışdır. Göstərilənlərə əsasən hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta törədilməsi barədə sübutlar kifayət mövcuddur. Həmçinin hesab edir ki, məhkəmə iclasında dindirilmiş mülkiyyətçi Şəxs MMC-nin nümayəndəsi tərəfindən təlimatlandırılmışdır. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X10 bildirdi ki, inzibati xətanın törədildiyi istinad olunan yerdə başqa 4 iaşə obyekti var və Şəxs MMC tərəfindən məhz tullantıların atılması barədə sübut məhkəməyə təqdim edilməmişdir. Zibillərin olduğu yerin göstərilməsi və həmin yerin Şəxs MMC-nin işçisi tərəfindən göstərilməsi ona əsas vermir ki, həmin zibillər Şəxs MMC tərəfindən atılmışdır. Müqavilə isə tullantıların daşınması ilə bağlı bağlanmalıdır. Bu barədə olan ölkə prezidentinin fərmanında və müvafiq qanunvericlikdə tullantıların müvafiq yerdən kənarda basdırılmasını qadağan edilməsi göstərilmiş, həmçinin tullantıların daşınması “kommunal xidmətlər” tərəfindən həyata keçirilməli olması göstərilmişdir. İzahatında bildirmişdir ki, Şəxs MMC-nin müəyyən filiallarına istehsalat birliyi gəlmir və belə marketlərdə marketin müdiri öz təşəbbüsü ilə gündəlik yaranmış 1-2 paket tullantıları günün sonunda öz şəxsi avtomobili ilə apararaq yaxınlıqda yerləşən zibil konteynerlərinə tullayır. Göstərilənlərə əsasən hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi sübuta yetirilmir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 izahatında həmçinin bildirmişdir ki, inzibati araşdırma zamanı tullantıların atılması barədə şikayət etmiş şəxs dəvət olunmuş, lakin həmin şəxs gəlməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş X13 izahatında bildirmişdir ki, "xxxx" ASC ilə Şəxs MMC arasında bağlanmış müqaviləyə əsasən MMC-yə məxsus marketlərə kardon məhsulları mərkəzi depoya yığılır və mərkəzi depodan "xxxx" ASC həmin kardon məhsulları götürüb aparır. İnzibati xətanı törədildiyi istinad olan yerdə fəaliyyət göstərən Şəxs MMC-yə məxsus marketdə yaranan tullantıları "xxxx" ASC gəlib aparmır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şəxs MMC-nin yerləşdiyi tikinti onun şəxsi mülkiyyətidir. Şəxs MMC ilə icarə müqaviləsi onun arvadının adından bağlanmışdır. Torpaq sahəsi 12 sotdur və arvadının adına çıxarış vardır. Orada olan tikinti bir neçə dükan üçün icarəyə verilmişdir. Tikintinin yanında olan torpaq sahəsi də onun şəxsi mülkiyyətidir. Həmin yerdə o, təmir işlər ilə əlaqədar ustalara iş gördürür və bu məqsədlə oranın qapısının açarını obyektə fəaliyyət göstərən dükanlara vermişdir ki, ustalar ora gələndə açarı əldə edib içəri daxil ola bilsinlər. Açarı əsasən orada olan kiçik sexə, təhsil olan obyektə verir. Həmin yeri icarəyə və ya zibil yerləşdirilməsi üçün heç kimə verməmişdir. Həmçinin bildirmişdir ki, aşkar edilmiş müxtəlif növ tulantların olduğu yer onun şəxsi mülkiyyətində olan yer olduğundan bu barədə ona heç kim nəsə deyə bilməz. Orada aşkar edilmiş zibilləri ustaları tərəfindən yerləşdirilmişdir. Zibilləri tullanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Çağrı mərkəzinə müraciət etmiş Şahid1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada (sms və poçt vasitəsilə, telefonla birbaşa əlaqə saxlamaqla) məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilməli, MMC, həmin Məcəllənin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan: - MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən Şəxsin arxa tərəfində marketə xas tullantların qalaqlandığı və tullantların daşınmadığı, daşınma ilə bağlı müqavilənin olmadığı, yəni tullantı emalı yerlərinin müəyyənləşdirilmədiyi səbəbindən Şəxs MMC tərəfindən Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. -11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən 326 saylı məktəb ilə üzbəüz Şəxs dən tullantların ətrafa atılması, zibillənməsi və ağacların dibinə ziyan verilməsi ilə əlaqədar göndərilmiş müraciət əsasında araşdırma aparılmışıdr. Araşdırma ilə əlaqədar marketin nümayəndəsi X3 ilə keçirilən baxış zamanı marketdə yaranan tullantılar üçün tullantı konteynerlərin qoyulmadığı, tullantıların yığılması üçün xüsusi yerin ayrılmadığı, orada tullantıların atılaraq qalaqlandığı və daşınmadığı müəyyən edilmişdir. -icraçı "xxxx" ASC ilə sifarişçi Şəxs MMC arasında bağlanmış “istifadəyə yararsız qida məhsullarının zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsinə dair” 004/542/m DƏ- X/2020-27 nömrəli, xx.xx.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı sifarişçiyə sonuncu tərəfindən icraçının təyin etdiyi yerə daşınan istfiadə müddəti bitmiş və istifadəyə yararsız meyvə şirələri, ərzaq və şirniyyat məhsullarının özünə məxsus təsərrüfat sahəsinə boşadılması xidmətlərinin və müvafiq üsul ilə zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsini öz öhdəsinə götürür. -Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təəsərrüfatı Departamenti "xxxx" MMC-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, bərk məişət tullantılarının daşınmasına dair "xxxx" MMC-lə Şəxs MMC arasında xx.xx.2023-cü il tarixli İŞ-x/2023-08 saylı müqaviləyə əsasən əlavədə qeyd olunmuş dislokasiyaya uyğun xidmət göstərilir. Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində fəaliyyət göstərən Şəxs dislokasiyada qeyd olunmamışdır, yəni tərəflərindən xidmət göstərmir. İş materiallarına əlavə edilmiş icarəyə verən X14 (etibarnamə əsasında nümayəndəsi Şahid2) ilə icarəçi “OBA Retail Chain” (Şəxs) MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, həmin müqavilə icarəyə verən ona məxsus Bakı şəhəri, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən torpaq sahəsində və tikintidə olan 200 kv.m hissəsini Şəxs MMC-nin icarəsinə verilməsi haqqında bağlanmışdır. İş üzrə əvvəlki məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş: - X1 ifadəsində bildirmişdir ki, o, Şəxs MMC-də administrator vəzifəsində işləyir. Ərazidə zibil atmağa konteynerlər yoxdur. Lakin o, hər axşam zibilləri maşınına qoyub aparır və zibilləri zibil konteynerləri olan yerə atır. Monitorinq vaxtı iştirak etmiş, lakin izahat verməkdən imtina etmişdir. Monitorinq keçirilən ərazidə müxtəlif zibillər olmuşdur. Monitorinq zamanı atılan zibillərin Şəxs MMC-yə aidiyyətinin olmamasını bildirmişdir. - X11 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən 326 saylı məktəb ilə üzbəüz Şəxs olduğu obyektin arxasında tullantıların olması ilə bağlı şikayət daxil olmuşdur. Həmin şikayət əsasında ərazidə monitorinq keçirilmiş, yoxlama zamanı Şəxs MMC-nin administratoru da iştirak etmişdir. Ərazinin fotoşəkilləri çəkilmiş və administratorun şifahi izahatı alınmışdır. Müəyyən olunmuşdur ki, Şəxs MMC-nin yaxınlığında yerləşən boş əraziyə tullantılar atılır. Şifahi izahat zamanı administrator da təsdiq etmişdir ki, onlar müvəqqəti ora zibilləri yığmışlar, sonra götürüb aparacaqlar. Məhkəmə sorğusuna 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş X17 və Təbii Sərvətlər Nazirliyinin Çağrı mərkəzinə müraciətində qeydiyyat və yaşayış ünvanı kimi ünvan 1ə tərəflərin nümayəndələrin iştirakı ilə məhkəmə tərəfindən inzibati xətanın törədilməsi istinad edilən yer, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən Şəxs MMC-yə məxsus marketin fəaliyyət göstərdiyi ərazi yerində müayinə edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-yə məxsus marketin fəaliyyət göstərdiyi yer (qeyri-yaşayış sahəsi) avtomobil yolunun kənarında yerləşir və market həmin qeyri-yaşayış sahəsinin təxminən ortasındadır. Qeyri-yaşayış sahəsində Şəxs MMC-yə məxsus marketdən əlavə dörd müxtəlif obyektlər mövcuddur (təhsil və tədris mərkəzi, uşaq geyim mağazası, qarışıq mallar mağazası və s.). Qeyriyaşayış sahəsinin sağ hissəsində qıfılla bağlanmış dəmir qapı vardır. Həmin qapıdan içəri daxil olduqda sol tərəfdə kiçik ölçüdə yarım tikili mövcuddur (iş materiallarında olan tullantıların yerləşdirilməsi əks olunan fotoşəkillərdəki tikili) və həmin tikilidə, tikilin yerləşdiyi ərazidə tullantılar yığışdırılmışdır. Həmin sahə ilə qonşu sahə arasında hasar vardır. Həmçinin yerində müayinədə iştirak edən və özünü X2 təqdim edən şəxs bildirdi ki, o, hazırda Şəxs MMC-yə məxsus marketdə müdir müavini vəzifəsində işləyir və marketdə yaranan tullantılar aparılaraq marketdən aralıda yerləşən tullantı konteynerlərinə boşaldılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İlk öncə məhkəmə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məsələsinə qiymət verərək hesab edir ki, bu hal iş üzrə sübuta yetirilməmişdir. Belə ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən Şəxsin arxa tərəfində marketə xas tullantların qalaqlanmasının, ətrafın zibillənməsinin müəyyən edilməsi barədə protokol tərtib edilsə, aşkar edilmiş tullantıların məhz Şəxs MMC-yə məxsus həmin ərazidə fəaliyyət göstərən market tərəfindən qalanqalması, ətrafa zibillərin atılması barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və işin araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Həmçinin müəyyən olunur ki, tullantların qalaqlandığı ərazi şəxsi istifadədə (mülkiyyətdə) olan torpaq sahəsidir, həmin sahənin giriş-çıxış üçün kilidli dəmir qapısı və qonşu sahədən təcrid edilməsi üçün hasar mövcuddur. Yəni, həmin sahədə aşkar edilmiş tullantıların Şəxs MMC tərəfindən yerləşdirildiyi sübuta yetirildiyi halda belə, bu halın ətrafda (müvafiq icazə verilən yerlərdən kənarda) tullantıların qalanlanması qaydalarının pozulması kimi qəbul edilməsi əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədiyindən bu hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Belə ki, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsin əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir. Tullantıların emalı — onların toplanması, saxlanılması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi prosesindən ibarət məqsədyönlü fəaliyyətdir. Tullantıların yerləşdirilməsi — tullantıların saxlanılması və ya basdırılması üzrə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən istehsal prosesində hüquqi və fiziki şəxslər həmçinin istehsal prosesində əmələ gələn tullantıları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada inventarlaşdırmalı və bu barədə, eləcə də tullantıların dövriyyəsi haqqında müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi) məlumat verməli, tullantılarla bağlı istehsalat nəzarətini həyata keçirməlidirlər. Həmin Qanunun 10-cu maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ləğv edilməsi müvafiq norma və qaydalara uyğun aparılır. Həmin Qanunun 11-cu maddəsinə əsasən tullantıların yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Dövlət Ekologiya və X6 Komitəsi, Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları) icazəsi əsasında və normativ aktlarda müəyyən edilən tələblərə uyğun həyata keçirilir. “Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli sərəncamına əsasən məişət tullantılarının və digər təhlükəsiz bərk tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən Bakı şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması ilə bağlı işləri "xxxx" Açıq Səhmdar Cəmiyyəti həyata keçirir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Şəxs MMC-yə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən marketin fəaliyyəti zamanı yaranan zibil tullantıların emalı yeri müəyyənləşdirilməmiş, həmçinin yerləşdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanının icazəsi yoxdur, həmçinin həmin ərazidə tullantıların yerləşdirilməsi, daşınması barədə müvafiq müqavilə mövcud deyil. Şəxs MMC ilə "xxxx" ASC arasında bağlanmış müqavilə əsasında isə Şəxs MMC-yə məxsus Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsində yerləşən marketin fəaliyyəti zamanı yaranan zibil tullantıların daşınması nəzərdə tutulmamışdır. Bu halı Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etmişdir. Həmçinin Şəxs MMC-nin nümayəndəsinin bildirdiklərinə əsasən həmin marketdə yaranan tullantılar işçi tərəfindən gündəlik yığılmaqla yaxınlıqda yerləşən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş yerdə olan müvafiq konteynerlərə boşaldılır. Bununla da məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə- vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.” Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona 10000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə həmi hisədə icraata xitam verilməli, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona 10000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə təqsirliliyi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilsin. Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 10000 (on min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar