Məhkəmə qərarları › İş №3(003)-1007/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1007/2022

20.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1007/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə Şəxs xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, bərbər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan haqqında Bakı şəhəri BPİ DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 17 iyun 2022-ci il tarixli protokola və iş materiallarına əsasən sürücü Şəxs 17 iyun 2022-ci il tarixdə, saat 00:42-də idarə etdiyi «Kia Cerato» minik markalı, **-UD-*** dövlət nömrə nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmçinin işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələrində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 17 iyun 2022-ci il tarixdə, saat 00:40 radələrində «Rent a car» dan götürərək idarə etdiyi «Kia Cerato» minik markalı, **-UD-*** dövlət nömrə nişanlı avtomobil ilə «See breez» istirahət mərkəzindən çıxaraq hərəkətdə olarkən YPX əməkdaşı onu saxlamışdır. Onun sərxoşluğunu alkotesterlə yoxlamışlar və onun sərxoş olduğu məlum olmuşdur. O, bir gün əvvəl spirtli içki qəbul etdiyini və sərxoş olmadığını bildirsə də, YPX əməkdaşı protokola pivə içdiyini, gələcəkdə belə halların olmayacağını və həkimə getməyə ehtiyac olmadığını yazacağı təqdirdə onun barəsində inzibati protokol tərtib etməyəcəyini bildirdiyindən və YPX əməkdaşının dediyi kimi yazmışdır. «Rent a car» dan götürdüyü avtomobili qaytarmış və hal-hazırda avtomobili yoxdur. O, iki aydan sonra Rusiya Federasiyasına gedəcək və orada avtomobil idarə edəcək. Bu səbəbdən ona sürücülük vəsiqəsi lazım olacaq. Bu səbəbdən cərimə olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon məhkəmələrinin baxdığı inzibati xəta haqqında işlərin əhatə dairəsi müəyyən olunmuşdur ki, İXM-nin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir. İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə aid edildiyindən məhkəmə inzibati xəta haqqında protokola Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hissəsində baxaraq qiymət verə bilər. X1 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, iş materiallarına əlavə olunan 17 iyun 2022-ci il tarixli Alkotester məlumatından görünür ki, Şəxs sərxoşluq dərəcəsi 0,418 promildir. Məhkəmə Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə və cəzadan boyun qaçrması kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs sərxoş halda və «Rent a car» dan götürdüyü avtomobili idarə edərək yol-hərəkəti iştirakçıları üçün təhlükə yaratmasını, onun əməlinin ictimai təhlükəliliyini, işinin bilavasitə nəqliyyat vasitəsindən asılı olmadığını və hazırda avtomobilinin olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar