Məhkəmə qərarları › İş №3(003)-1010/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1010/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1010/2024 27.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsasında toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 12:20 radələrində etibarnamə ilə idarə etdiyim “Peugeot-406” minik markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, döngə 1 yolu ilə hərəkətdə olan zaman foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəsinin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və 100 manat məbləğində cərimə yazılmışdır. EQ/17629397 saylı, xx.xx.2023-cü il tarixli protokola əsasən AR İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Nəticədə 100 manat məbləğində cərimə pulu və 60 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 160 manat məbləğində pul ödəməli olması ilə bağlı inzibati tənbeh qərarı qəbul edilmişdir. Şikayətçi qeyd edir ki, onun təxminən 10 ildən artıqdır ki, sürücülük vəsiqəsi vardır. Hətta köhnə sürücülük vəsiqəsinin müddəti xx.xx.2024-cü il tarixində bitəcəyi üçün xx.xx.2024-cü il tarixdə yeni sürücülük vəsiqəsi almışdır. Lakin göründüyü kimi heç bir əsas olmadan ona cərimə yazılmışdır. X7 əməkdaşından sürücülük vəsiqəsi olduğu halda, barəsində AR İXM-nin 332.2-ci maddəsinə əsasən cərimə tətbiq olunduğunu soruşduqda, həmin istiqamətdə olan radarda sürücülük vəsiqəsinin qeydiyyatda olmadığı, bu səbəbdən də cərimə yazıldığı kimi absurd cavab vermişdir. Belə olduğu təqdirdə aydındır ki, onun heç bir təqsirim yoxdur. Lakin o, heç bir təqsiri olmadığı halda, bu məsələyə görə dəfələrlə problem yaşamışdır. Bir il ərzində eyni hal artıq üçüncü dəfədir ki, təkrarlanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 11:35 radələrində Pirşağı-Novxanı yolunda hərəkətdə olan zaman 112 nömrəli tam orta məktəbin qarşısında quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və 300 manat məbləğində cərimə yazılmışdır. EQ/17980949 nömrəli protokola əsasən AR İXM-nin 332.3-cü maddəsi nəzərdə tutulmuş inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 300 manat məbləğində cərimə və 180 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 480 manat məbləğində pul ödəməli olması ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin sözügedən ünvana xx.xx.2023-cü il tarixdə, saat 15:25 radələrində yenidən quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə barəsində inzibati xəta aşkar edilmiş və ona 300 manat məbləğində cərimə yazılmış, EQ/17988035 nömrəli protokola əsasən eyni maddə ilə 300 manat məbləğində cərimə pulu və 180 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 480 manat məbləğində pul ödəməli olması ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, barəsində inzibati tənbehə baxılarkən heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Odur ki, həmin EQ/17629397 nömrəli protokola əsasən qəbul edilmiş inzibati tənbeh qərarının ləğv edilməsi zərurəti yaranmışdır. Həmçinin şikayətçinin barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan heç bir məlumatı olmamışdır. Yalnız X7 əməkdaşları tərəfindən saxlanıldığı zaman və avtomaşının üzərində həbs olunduğunu öyrəndikdə qərarlar barədə məlumat əldə etmişdir. Belə ki, şikayətçinin şəxsi elektron kabineti yoxdur. Əvvəllər istifadə etdiyi nömrədə şəxsi kabineti olsa da, lakin giriş üçün istifadə etdiyi şifrəni unutduğu üçün artıq 5 ildən çoxdur ki, ora daxil ola bilmir. Dəfələrlə Asan Xidmət Mərkəzinə müraciət edərək şəxsi elektron kabinetinin bərpa edilməsini və hazırda istifadə etdiyi mobil nömrəyə ünvanlandırılmasını xahiş etməsinə baxmayaraq, bunun mümkün olmadığını ona bildiriblər. Bu səbəbdən protokolların ona rəsmi təqdim edilməsi Xəzər RPİ DYPŞ-nə müraciət etmişdir və xx.xx.2024-cü il tarixə həmin protokollar ona rəsmi təqdim edilmişdir. X1 eyni zamanda vəsatət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayətin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqan xəbərdar olunmasına baxmayaraq, orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə geri qaytarılmalıdır. Məhkəmə ilk olaraq X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətçi öz vəsatətində xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardann heç bir məlumatı olmadığını qeyd etmişdir. Yalnız X7 əməkdaşları tərəfindən saxlanıldığı zaman və avtomaşının üzərində həbs olunduğunu öyrəndikdə qərar barədə məlumat əldə etmişdir. Belə ki, şikayətçinin şəxsi elektron kabineti yoxdur. Əvvəllər istifadə etdiyi nömrədə şəxsi kabineti olsa da, lakin giriş üçün istifadə etdiyi şifrəni unutduğu üçün artıq 5 ildən çoxdur ki, ora daxil ola bilmir. Dəfələrlə Asan Xidmət Mərkəzinə müraciət edərək şəxsi elektron kabinetinin bərpa edilməsini və hazırda istifadə etdiyi mobil nömrəyə ünvanlandırılmasını xahiş etməsinə baxmayaraq, bunun mümkün olmadığını ona bildiriblər. Bu səbəbdən qərarın ona rəsmi təqdim edilməsi Xəzər RPİ DYPŞ-nə müraciət etmişdir və xx.xx.2024-cü il tarixə həmin qərar ona rəsmi təqdim edilmişdir. 26 aprel 2024-cü il tarixdə şikayət ilə Xəzər rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 30 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət ərizəsi baxılmadan geri qaytarılmış və X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra təkrarən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Daha sonra şikayətçi tərəfindən qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra 02 may 2024-cü il tarixdə yenidən şikayət ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin ötürülməsi üzrlü hesab edilməli və şikayətə mahiyyəti üzrə baxılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddələri ilə inzibati xəta törətməkdə 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi onun tərəfindən ona istinad edilən inzibati xətaları törətmədiyini qeyd edərək adıçəkilən qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, işin ədalətli və obyektiv araşdırılması üçün X2 nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasının, məhdudlaşdırıldığı halda hansı müddəti əhatə etməsinin müəyyən edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən həmin halın müəyyən edilməsi məqsədi ilə X22023-cü ilin oktyabr ayı ərzində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması (məhdudlaşdırıldığı təqdirdə hansı tarixdə və hansı müddət ərzində məhdudlaşdırılması) barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə məlumat verilməsinə dair inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinə sorğular verilmişdir. Lakin məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə və məhkəmə iclaslarının altı dəfə təxirə salınmasına baxmayaraq həmin orqan adıçəkilən sorğuya cavab verilməsini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddələri ilə qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40, 43, 53,114-115, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.2-ci maddələri ilə inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17629397 saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş materialları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə geri qaytarılsın. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar