Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1012/2022 08.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxx 1987-ci ildə Astara rayonu, Pəlikəş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə ailəli, himayəsində 3 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Astara rayonu, Pəlikəş kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Sovxozu, YYS, nömrəsiz fərdi evdə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 21 fevral 2022-ci il tarixli protokola əsasən Şəxs 01 fevral 2022-ci il tarixdə Zirə qəsəbəsi, Südçülük Sovxozunda yaşadığı evdə arvadı Səfərova Amaliyanı döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 20 fevral 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 08 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs 10 iyun 2022-ci il tarixdə Zirə qəsəbəsi, Südçülük Sovxozunda yaşadığı evdə arvadı Səfərova Amaliyanı döymüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elgün Zülfüqarov tərəfindən 17 iyun 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü qismən təqsirli bilərək göstərdi ki, o, X2 ilə 12 il əvvəl qeyri-rəsmi ailə qurmuş və 3 uşaqları anadan olmuşdur. Özü fəhləlik edərək ayda 200-300 manat gəlir əldə edir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları evdə arvadı Səfərova Amaliya telefonuna şifrə qoyduğuna görə şübhələnib telefonu ondan götürmüşdür. Buna görə aralarında mübahisə baş vermiş, o, əsəbləşərək 1 dəfə sillə ilə Amaliyanı vurmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01:00-02:00 radələrində arvadı ilə mübahisə etmiş, lakin onu vurmamışdır. Mübahisənin baş verməsinə səbəb onun işdən gələrkən arvasının evdə olmaması və 4 yaşlı qızının tək olması olmuşdur. Bu gün saat 17:00 radələrində o, polis əməkdaşının dəvəti ilə polis şöbəsinə gəlmişdir. Məhkəmədən ona cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs X2 göstərdi ki, əri Qail onun ailəsini dolandıra bilmədiyinə görə xəbəri olmadan 2 uşağını (11 və 9 yaş) öz valideynlərinin yaşadığı Astara rayonuna aparmışdır. Bu səbəbdən ailələrində daimi olaraq mübahisələr baş vermiş və əri Qail mütəmadi olaraq onu döymüşdür. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində yaşadıqları evdə əri Qaillə aralarında mübahisə baş vermiş və Qail onu yumruq və sillə ilə üz və bədən nahiyyəsindən qəsdən vuraraq ona xəsarət yetirmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:00-02:00 radələrində əri ilə aralarında mübahisə baş vermiş, özü 4 həftəlik hamilə olmasına baxmayaraq əri Qail içkili halda onu 4 yaşlı övladının gözü qarşısında bədəninin müxtəlif nahiyyələrinə yumruq və şillə ilə vuraraq xəsarətlər yetirmişdir. Məhkəmədən Şəxs həbs cəzasının verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Anar Əzizovun xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs X1 döyərək ona xəsarət yetirdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 110 nömrəli ekspert rəyindən görünür ki, A.A.Səfərovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi H.Həsənovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xx.xx.2022-ci il tarixdə Şəxs X1 döyməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru Anar Əzizovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 690 nömrəli ekspert rəyindən görünür ki, A.A.Səfərovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elgün Zülfüqarovun xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, Şəxs müxtəlif bəhanələr gətirərək PŞ-nə gəlməkdən və izahat verməkdən imtina etmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yaşadığı Zirə qəsəbəsində yerləşən evdə arvadı X1 döymüşdür. Məhkəmə Şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı özünü təqsirli bilməməsini və A.A.Səfərovanı vurmamasını özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, fəhləlik edərək ayda 200-300 manat gəlir əldə etməsini, əməllərin ağırlığını nəzərə alıb hesab edir ki, onun barəsində cərimə tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nə gəlmişdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli həmin vaxtdan hesab olunmalıdır. Eyni zamanda Şəxs 01 fevral 2022-ci il tarixdə Zirə qəsəbəsi, Südçülük Sovxozunda yaşadığı evdə arvadı Səfərova Amaliyanı döyməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Elvin Hacıyev tərəfindən 20 fevral 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, bu epizod üzrə Şəxs təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən müddət keçdiyinə görə o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 fevral 2022-ci il tarixdə Zirə qəsəbəsi, Südçülük Sovxozunda yaşadığı evdə arvadı Səfərova Amaliyanı döyməsi epizodu üzrə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən müddət keçdiyinə görə o, inzibati məsuliyyətdən azad olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 08 iyul 2022-ci il tarixdən, saat 17:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1012/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1012/2022
08.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver