Məhkəmə qərarları › İş №3(003)-1014/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1014/2021

16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1014/2021 16.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Bakı şəhəri Xəzər RPİ DYPŞ YNH üzrə inspektoru, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, İİİ qrup əlil, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 332.1 və 332.4-cü maddələri ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Opel Astra” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə 08 iyun 2021-ci il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yolunda Buzovna istiqamətindən Maştağa qəsəbəsi istiqamətində iki istiqamətli, istiqamətlər qoşa xətti ayıran, hər iki istiqamətdə iki zolaq olan yolun sağdan ikinci zolaqda hərəkət edib istiqamətləri ayıran düz qoşa xəttin üzərində olan qırıq-qırıq zolaqdan idarə etdiyi avtomobil ilə yolun əks istiqamət zolağına keçmək məqsədi ilə avtomobili yolun əks istiqamətinə döndərən zaman Şəxs yolun əks istiqamətində avtomobillərin hərəkət intensivliyini gözləmədən, idarə etdiyi avtomobil ilə yolun əks istiqamətinə çıxmışdır, yolun əks istiqamətində öz yolunda və hərəkət zolağında hərəkətdə olan “Nama” markalı moped sürücüsü X1 idarə etdiyi moped Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Opel Astra” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısına çırpılmışdır və yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nama” markalı moped sürücüsü X3 xəsarətlər almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Rəhim Allahverdiyev tərəfindən araşdırma aparılmış və “Opel Astra” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ və etibarnaməsi olmadan idarə etmiş Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələrinin tərkibinin əlamətləri olduğu üçün ilə Şəxs barəsində inzibati təsir tədbirləri görülməsi məqsədilə qəbul edilmiş materialın Xəzər RPİ DYPŞ vasitəsilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə 02 iyul 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər RPİ DYPŞ YNH üzrə inspektoru, polis leytenantı X4 cinayət işinin rədd edilməsi haqqında 02 iyul 2021-ci il tarixli qərarın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, baş vermiş yolnəqliyyat hadisəsindən sonra o, zərərçəkmiş şəxslə əlaqə saxlayaraq ona tələb etdiyi 100 manat pulun əvvəlcə 10 manatını, sonra 60 manatını verərək 30 manat da verəcəyinə söz vermiş və zərərçəkmiş şəxs özü heç bir xəsarət almadığını bildirib ondan heç bir şikayəti olmadığını demişdir. İki gündən sonra isə tanımadığı bir nəfər şəxs ona zəng edərək Kamilin işə çıxmadığı günlərin pulunu və mopedin təmiri üçün ondan 250 manat pul tələb etmişdir. O, həmin tələblə razılaşmamış və onu bir daha narahat etməmələrini demişdir. Yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Opel Astra” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobi qardaşı Namiq İbişova məxsusdur. Bu hadisənin baş verməsindən səmimi peşman olmuşdur, ali təhsillidir, himayəsində iki azyaşlı uşağı vardır, İİİ qrup əlildir. Bütün bunların nəzərə alınmasını və barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşman olması iş üzrə tənbehi yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə tənbehi ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 34, 40, 43, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, İİİ qrup əlil, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2şayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxslərə qərar qanuni qüvvəyə mindikdən sonra mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar