Məhkəmə qərarları › İş №3(003)-1017/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1017/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1017/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Xəzər RPİ-dən daxil olmuş inzibati protokola əsasən Şəxs 13 iyun 2021-ci il tarixində təxminən saat 16:40 radələrində etibarnamə ilə idarə etdiyi “MERSEDES BENZ” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ilə hərəkət edib ziyarətgahın yanından keçib “OBA” marketin qurtaracağında surətini 30 km/saata qədər azaldıb avtomobili tam olaraq səkiyə doğru çəkərək “OBA” marketin sonunda, yəni sağ tərəfdə yerləşən köməkçi yola çıxmış, bundan sonra hərəkətə başlamamazdan əvvəl manevr edərək yenidən əsas yola çıxmaq üçün yolun boş olmasına əmin olmalı olduğu halda avtomobilin sol yan güzgüsünə baxmadan avtomobilini sola doğru istiqamətləndirərək hərəkətini davam etmək istəyərəkən əsas yol ilə düzünə hərəkətdə olan X1 idarə etdiyi “OPEL ASTRA” markalı **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən 26 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş inzibati xəta törətmiş şəxs Şəxs teleqramla məhkəməyə müraciət edərək maddi imkanı olmadığı üçün Bakı şəhərinə gələ bilməyəcəyini göstərmiş və məhkəmə iclasını başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə, Şəxs məhkəmə iclasını qeyri-müəyyən vaxta keçirilməsini xahiş etdiyindən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, zərərçəkmiş şəxs X3 və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxsin və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, 13 iyun 2021-ci il tarixində etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ş.Dres qəsəbəsinə doğru saatda təxminən 40 km surətlə hərəkət edib qarşıda yolun sağ qolunda yerləşən “OBA” marketə çatmamış təxminən 40 metr məsafədən marketin qurtaracağında metallik rəngli “MERSEDES” markalı avtomobil dayanıb kimisə maşından düşürdükdən sonra həmin avtomobilə 2 metr qalmış qəflətən həmin avtomobilin yolun sağ qanadından sola yəni yolun ortasına manevr etmiş və nəticədə həmin avtomobilin sol ön təkər hissəsinin onun idarə etdiyi avtomobilin sağ ön qanad bufer hissəsinə dəymiş və zərbədən avtomobili əks istiqamətdə dayanmışdır Toqquşma nəticəsində o, yüngül dərəcəli bədən xəsarətləri almışdır. Ona dəymiş ziyan indiyə qədər tam ödənilməmişdir. Belə ki, sığorta tərəfindən ona 849 manat ödənilmiş, lakin maşın 2 ay boş dayandığına görə 2 aya görə hər ay üçün ödənilməli olan aylıq 750 manata görə sığortanın ödədiyi məbləğ həmin ödənişə yönəldilmişdir. Maşın indiyə qədər təmir olunmamış halda ustada qalmışdır, bundan əlavə, o, özü də öz müalicəsi üçün 250 manat xərc çəkmişdir. Buna görə də həmin ziyanın tamamilə, ya da heç olmasa, yarısının ödənilməsinə köməklik göstərilməsini, əks təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, o, 13 iyun 2021-ci il tarixində etibarnamə ilə idarə etdiyi “MERSEDES BENZ” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ilə hərəkət edib ziyarətgahın yanından keçib “OBA” marketin qurtaracağında surətini 30 km/saata qədər azaldıb avtomobili tam olaraq səkiyə doğru çəkərək “OBA” marketin sonunda, yəni sağ tərəfdə yerləşən köməkçi yola çıxmış, bundan sonra hərəkətə başlamamazdan əvvəl manevr edərək yenidən əsas yola çıxmaq üçün yolun boş olmasına əmin olmalı olduğu halda avtomobilin sol yan güzgüsünə baxmadan avtomobilini sola doğru istiqamətləndirərək hərəkətini davam etmək istəyərəkən əsas yol ilə düzünə hərəkətdə olan X1 idarə etdiyi “OPEL ASTRA” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Hazırda maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə heç bir maddi köməklik göstərə bilməmişdir, lakin ona bir qədər möhlət verilərsə, imkanı çatdığı qədər ödəniş edə biləcəkdir. Əməlindən peşmandır. Bunun nəzərə alınaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 29 iyun 2021-ci il tarixli, 712 saylı rəyində görünür ki, X2 məhkəmə-tibb müayinəsinə əsasən onun bədənində aşkar olunmuş xəsarətlər – sol mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 13.06.2021-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. İş materilallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 iyul 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Şəxs 13 iyun 2021-ci il tarixində təxminən saat 16:40 radələrində etibarnamə ilə idarə etdiyi “MERSEDES BENZ” markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ilə hərəkət edib ziyarətgahın yanından keçib “OBA” marketin qurtaracağında sürətini 30 km/saata qədər azaldıb avtomobili tam olaraq səkiyə doğru çəkərək “OBA” marketin sonunda, yəni sağ tərəfdə yerləşən köməkçi yola çıxmış, bundan sonra hərəkətə başlamamazdan əvvəl manevr edərək yenidən əsas yola çıxmaq üçün yolun boş olmasına əmin olmalı olduğu halda avtomobilin sol yan güzgüsünə baxmadan avtomobilini sola doğru istiqamətləndirərək hərəkətini davam etmək istəyərəkən əsas yol ilə düzünə hərəkətdə olan X1 idarə etdiyi “OPEL ASTRA” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Baş vermiş hadisə zamanı hər hansı bir cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – 27 avqust 1981-ci il tarixdə Rusiya Federasiyası Arxangelsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara rayonunun Kijəbə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar