Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1018/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında 00800-0100/22 nömrəli, 08 iyul 2022-ci il tarixli protokola əsasən 29 aprel 2022-ci il tarixində, SU 1856 saylı Samara-Bakı avareysi ilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikası vətəndaşı Şəxs həmin aviareys ilə gələn sərnişinlərdən mallar qəbul edib Hava limanının qarşısındakı avtomobil dayanacağında olan nəqliyyat vasitəsinə yığarkən əməkdaşlar tərəfindən saxlanılmışdır. Nəqliyyat vasitəsinə baxış zamanı Şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerində olan qara rəngli çantanın içərisindən 2 ədəd qutusu və aksesuarı ilə birlikdə «İphone 11 128 GB» markalı mobil telefon, qara rəngli selofan torbanın içərisindən qutusu və aksesuarı ilə birlikdə «İphone 11 128 GB» markalı mobil telefon, 1 blok (10 qutu) “Marlboro micro” yazısı olan siqaret və hər birinin içərisində 1 flakon olmaqla 5 qutu üzərində “MPİVİROPACK 400 mg” yazısı olan dərman preparatları aşkar olunmuşdur. Aşkar olunan mallar qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Onun sifraşi əsasında tanışı ona 3 ədəd telefon, 1 blok siqaret və 5 qutu dərman göndərmişdir. O, həmin malları götürüb maşına minmək istəyərkən onu saxlamışlar. O, həmin malları bəyan etməli və onlara görə rüsum ödəməli olduğunu bilməmişdir. Məhkəmədən cərimə cəzasının təyin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan dinləyib, işmateriallarını araşdırıb müəyyən etdi ki, Şəxs kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi keçirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 503-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyəri 4450 manat məbləğin otuz faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 6/2766 nömrəli rəyindən görünür ki, tədqiqatına təqdim olunmuş üzərində “N001580..” yazılan DGK-ya məxsus polietilen paketdə 5 ədəd üzərində “MPİVİROPACK Sofosbuvir 400 mg 20xx/xx/2024” yazılan qutuda 5 ədəd plastik qabda hər birində 28 ədəd olmaqla, ümumilikdə 140 ədəd ağ rəngli həblərin tərkibində narkotik vasitə, psixotrop maddə, zəhərli və güclü təsir edən maddələrə məxsus komponent yoxdur. Tədqiqatına təqdim olunmuş dərman vasitələrinin üzərində olan tarix göstəricisinə əsasən istifadə müddəti bitməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 5/560 nömrəli rəyindən görünür ki, təqdim edilmiş «İphone 11» (128 GB həcmli) markalı “A2221”modelli “**********71483” İMEİ kodlu, «İphone 11» (128 GB həcmli) markalı “A2221”modelli “**********42792” İMEİ kodlu və «İphone 11» (128 GB həcmli) markalı “A2221”modelli “**********53692” İMEİ kodlu mobil smartfonlar hal-hazırda işlək vəziyyətdədirlər. Təqdim edilmiş 3 ədəd «İphone 11» markalı “A2221”modelli mobil smartfonlar aktiv edilməyiblər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 9/3486 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş uyğunluq sertifikatı, qeydiyyatı, zəmanəti olmayan mobil telefonların, siqaretlərin və dərman preparatlarının 29 aprel 2022-ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 4450 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iş üzrə 268 (iki yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 503-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 4450 manat dəyərində malların 30 (otuz) faizi, 1335 (bir min üç yüz otuz beş) manat məbləğində (qərarın icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla) cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olan 5 ədəd üzərində “MPİVİROPACK Sofosbuvir 400 mg 20xx/xx/2024” yazılan qutuda 5 ədəd plastik qabda hər birində 28 ədəd olmaqla, ümumilikdə 140 ədəd ağ rəngli həblər, 3 ədəd «İphone 11» (128 GB həcmli) markalı “A2221”modelli mobil telefonlar və 1 blok (10 qutu) “Marlboro micro” yazısı olan siqaret qərar qüvvəsini aldıqdan sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq Şəxs geri qaytarılsın. İş üzrə 268 (iki yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci Şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1018/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1018/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver