Məhkəmə qərarları › İş №3(003)-1019/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1019/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1019/2022 21.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 9, mənzil 001 olan Şəxs MMC-nin adına xx.xx.2022-ci il tarixli **********7660 saylı gömrük bəyannaməsində ümumi invoys dəyəri 400,00 ABŞ dolları göstərilən 10 ədəd “Elektron inteqral sxemlər. GPHF HUAWEİ SERVİCE CARD, istehsal tarixi 2022” adlı malın yoxlanması zamanı, yükün yerləşdiyi karton qutunun içərisindən göndərən “X2 Co., Limited” şirkəti, malın adı “OLT MA5800-X7 GPON Service Card GPHF”, miqdarı 10 ədəd, ümumi dəyəri 8232,60 ABŞ dolları göstərilən xx.xx.2021-ci il tarixli, ********* nömrəli proforma invoys aşkar edildiyinə görə bəyan olunan malın gömrük dəyəri şübhə yaratdığı üçün saxlanılmışdır. Buna görədə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan 00800-0146/22 nömrəli, 14 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən avadanlıqaların dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş və alınmış ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd “OLT MA5800- X7 GPON Service Card GPHF” markalı plataların xx.xx.2022-ci il tarixə orta qiyməti 2191,00 manat, 10 ədədinin qiyməti isə 21910,00 manat müəyyən edilmişdir. Qeyd edilən yüklərə görə gömrük ödənişləri 7963,50 manat təşkil edir. Şəxs MMC tərəfindən 271,05 manat gömrük ödənişləri ödənilmiş və 7692,45 manat gömrük borcu yaranmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən 00800-0146/22 nömrəli, 14 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xətanın törədildiyini etiraf edərək, daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqana rəsmi məlumat verilsədə, həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş 06 may 2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC (VÖEN: **********) adına bəyan edilmiş **********7660 saylı gömrük bəyannaməsində ümumi invoys dəyəri 400,00 ABŞ dolları göstərilən 10 ədəd “Elektron inteqral sxemlər. GPHF HUAWEİ SERVİCE CARD, istehsal tarixi 2022” adlı malın yoxlanması zamanı, yükün yerləşdiyi karton qutunun içərisindən göndərən “X2 Co., Limited” şirkəti, malın adı “OLT MA5800-X7 GPON Service Card GPHF”, miqdarı 10 ədəd, ümumi dəyəri 8232,60 ABŞ dolları göstərilən xx.xx.2021-ci il tarixli, ********* nömrəli proforma invoys aşkar edildiyinə görə bəyan olunan malın gömrük dəyərində şübhələr yaranmışdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/3597saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “OLT MA5800-X7 GPON Service Card GPHF” markalı plataların (gömrük xərci nəzərə alınmadan) xx.xx.2022-ci il tarixə orta qiyməti 2191,00 manat, 10 ədədinin qiyməti isə 21910,00 manat müəyyən edilmişdir. İş materiallarında əlavə olunmuş 14 iyul 2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən 271,05 manat gömrük ödənişləri ödənilmiş və 7692,45 manat gömrük borcu yaranmışdır. Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd:

1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə tərəfindən müəyyən olundu ki, Şəxs MMC-nin tərəfindən mallar üçün ödəniləcək gömrük ödənişləri cəmi 7963,50 manat təşkil etmiş, həmin ödənişdən 271,05 manat hissəsi ödənilmiş, 7692,45 manat hissəsi ödənilməmişdir. Göründüyü kimi, Şəxs MMC-nin tərəfindən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayındığından Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tələbi pozulmuşdur. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-nin barəsində gömrük borcunun ödənilməmiş olan 7692,45 (yeddi min altı yüz doxsan iki manat qırx beş qəpik) manat hissəsinin 70 (yetmiş) faizi məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 53,105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ

Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və gömrük borcunun ödənilməmiş olan 7692,45 manat hissəsinin 70 (yetmiş) faizi, yəni 5384,72 (beş min üç yüz səksən dörd manat yetmiş iki qəpik) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qərardan 10 (on) gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və və protesti verilə bilər.

Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar