Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1021/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Şəxs (bundan sonra Şəxs MMC) nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində olan olan vəsaiti 05 iyul 2019-cu il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar Şəxs MMC barəsində X6 Departamentinin aparıcı hüquq məsləhətçisi X3 tərəfindən 17 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 etiraz ilə məhkəməyə müraciət edərək göstərdi ki, qeyd olunan mübahisələndirilən inzibati aktı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir, lakin işin materiallarından onlar bu sübutları görməmişlər. Şəxs MMC Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi protokolun səhv olduğunu sübut edən hüquqi və faktiki şərtləri təqdim edir, o cümlədən 39908,10 ABŞ dolları məbləğində vəsait Şəxs MMC ilə “Chemprom İndustries LP” şirkəti arasında imzlanmış 20 aprel 2019-cu il tarixli xidmət müqaviləsinə əsasən göstərilmiş maliyyə xidmətlərinə görə Şəxs MMC tərəfindən “Chemprom İndustries LP” şirkəti hesabına köçürülmüşdür. Bu müqavilənin predmeti ondan ibarətdir ki, Şəxs MMC (Sifarişçi) ilə “AL DANA FZE” (Benefesiar) arasında imzalanmış 21 fevral 2011-ci il tarixli, 11/02-26 №-li İL-76 tipli HG-nin icarə müqaviləsinə görə “Chemprom İndustries LP” şirkəti “AL DANA FZE” tərəfindən göstərilən xidmətlərin dəyərini ödəyir. Əlavə olunan Şəxs MMC ilə “Chemprom İndustries LP” şirkəti arasında imzalanmış 20 aprel 2019-cu il tarixli Xidmət müqaviləsi və Şəxs MMC (Sifarişçi) ilə “AL DANA FZE” arasında imzalanmış 21 fevral 2011-ci il tarixli, 11/02-26 No-li İL-76 tipli HG-nin icarə müqavilələri tərəflər arasında müqavilə münasibətlərinin (öhdəliklərinin) olmasını təsdiqləyir, 39908,10 ABŞ dolları məbləğində olan hesab (2506 №-li, 25 iyun 2019-cu il tarixli) onu göstərir ki, “Chemprom İndustries LP” şirkəti tərəfindən “AL DANA FZE” şirkətinə ödənilən məbləğ sonradan İL-76 tipli hava gəmisinin icarəsinə görə ödənilməsi üçün Şəxs MMC-yə təqdim olunur. Şəxs MMC ilə “Chemprom İndustries LP” şirkəti arasında 2506 №-li, 25 iyun 2019-cu il tarixli 39908,10 ABŞ dolları məbləğində olan hesab üzrə xidmətlər daxil olmaqla yerinə yetirilən işlərə görə imzalanan Razılaşmalar (Sazişlər) tərəflərin bir-birlərinə qarşı hər hansı iddiaların olmadığını təsdiq edir. Bankın 16 oktyabr 2019-cu il tarixli debit haqqında bildirişi xidmətlərə görə ödənişlərin həyata keçirildiyini təsdiqləyir. Şəxs MMC-nin Azərbaycan Beynəlxalq Bankına xidmətlərin göstərilməsinə görə köçürməninin təsdiqlənməsinə dair sorğusu 16 oktyabr 2019-cu il tarixli, 1-02616/ X №-li köçürmə haqqında ərizə ilə təsdiq olunur. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 05 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 21 fevral 2011-ci il tarixli icarə müqaviləsinə əsasən Şəxs MMC (icarədar) ilə “AL DANA” şirkətindən (icarəyəverən) İL-76TD növlü hava gəmisini beynəlxalq norma və tələblərə cavab verən şəkildə icarəyə götürür. İş materiallarına əlavə edilmiş 20 aprel 2019-cu il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləsindən görünür ki, "xxxx" MMC (sifarişçi) və “Chemprom İndustries LP” (podratçı) arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin əmrlərinə əsasən, Podratçı aşağıdakıları yerinə yetirməyi öhdəsinə götürür: - hazırki Müqaviləyə edilən 1 saylı Əlavədə xüsusi olaraq göstərilən xidmətləri həyata keçirmək, - Sifarişçinin İcarə müqaviləsi üzrə maliyyə öhdəliklərini yerinə yetirməsi ilə bağlı məbləğlərin alınmasından dərhal sonra, onların Benefisiara köçürülməsini təşkil etmək və edilən köçürmələrə dair müvafiq sübutları təqdim etmək, - Əmrlərə vaxtında cavab vermək və bununla əlaqədar xidmətlərin həyata keçirilmə müddəti barədə məlumat vermək, - müvafiq xidmətlərin icra edilməsi sahəsinə nümayəndələrini təyin etmək, - müvafiq xidmətlərin icrasından dərhal sonra, bununla əlaqədar müvafiq sənədlərin məcburi təqdim edilməsi ilə Sifarişçiyə işin vəziyyəti barədə məlumat vermək, - müvafiq xidmətlər üçün müvafiq bir hesab-faktura verildiyi zaman, Sifarişçinin İcarə müqaviləsi üzrə maliyyə öhdəliyini yerinə yetirməsi ilə bağlı belə bir xidmətlər, eləcə də Podratçıya köçürüləcək məbləğlərlə əlaqədar bütün istinadları etmək və əlaqədar detalları əlavə etmək, - Sifarişçini Benefisiarın ödəniş rekvizitləri barədə vaxtında məlumatlandırmaq, - Sifarişçinin İcarə müqaviləsi üzrə maliyyə öhdəliklərini yerinə yetirməsinə davamlı dəstəyi təmin etmək. İş materiallarına əlavə edilmiş 20 aprel 2019-cu il tarixli "xxxx" MMC və “Chemprom İndustries LP” arasında bağlanmış xidmətlərin göstərilməsinə dair müqaviləyə 1 saylı əlavədən görünür ki, müqavilənin 1-ci şərt və müddəasına əsasənbir L179-TD təyyarəsi ("İcarə") ilə bağlı Sifarişçi və “Al Dana FZE” (hazırki müqavilənin məqsədləri üçün, bundan sonra “Benefisiar” adlandırılacaq) arasında bağlanmış 11/02-26 nömrəli 21 fevral 2011-ci il tarixli İcarə Müqavlləsi üzrə Sifarişçinin sifarişçidən alınan pul vəsaitlərin hər hansı bir hissəsini və hamsını benefisiara köçürmək öhdəlikləri əsasında xidmətlər göstərməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC və “Chemprom İndustries LP” arasında bağlanmış görülən işlərə dair müştəri bəyatından görünür ki, podratçı tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli 2506-19 nömrəli hesab-fakturanın müştəri tərəfindən tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizədən görünür ki, 16 oktyabr 2019-cu il tarixdə Şəxs MMC 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində pulu “Chemprom İndustries LP”-nin bank hesabına köçürmüşdür. Məhkəmədə müəyyən olundu ki, 21 fevral 2011-ci il tarixli icarə müqaviləsinə əsasən Şəxs MMC (icarədar) ilə “AL DANA” şirkətindən (icarəyəverən) İL-76TD növlü hava gəmisini beynəlxalq norma və tələblərə cavab verən şəkildə icarəyə götürmüşdür. 20 aprel 2019-cu il tarixli xidmətlərin göstərilməsinə dair müqaviləsinə əsasən "xxxx" MMC (sifarişçi) və “Chemprom İndustries LP” (podratçı) arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin əmrlərinə əsasən Podratçı hazırkı Müqaviləyə edilən 1 saylı Əlavədə xüsusi olaraq göstərilən xidmətləri həyata keçirməyi öhdəsinə götürmüşdür. 20 aprel 2019-cu il tarixli "xxxx" MMC və “Chemprom İndustries LP” arasında bağlanmış xidmətlərin göstərilməsinə dair müqaviləyə 1 saylı əlavəsinə əsasən müqavilənin 1-ci şərt və müddəasına görə bir L179-TD təyyarəsi ("İcarə") ilə bağlı Sifarişçi və “Al Dana FZE” (hazırki müqavilənin məqsədləri üçün, bundan sonra “Benefisiar” adlandırılacaq) arasında bağlanmış 11/02-26 nömrəli 21 fevral 2011-ci il tarixli İcarə Müqaviləsi üzrə Sifarişçinin sifarişçidən alınan pul vəsaitlərin hər hansı bir hissəsini və hamısını benefisiara köçürmək öhdəlikləri əsasında xidmətlər göstərməlidir. "xxxx" MMC və “Chemprom İndustries LP” arasında bağlanmış görülən işlərə dair müştəri bəyanatına əsasən podratçı tərəfindən verilmiş 25 iyun 2019-cu il tarixli 2506-19 nömrəli hesab-faktura müştəri tərəfindən tam ödənilmişdir. Bundan başqa, 16 oktyabr 2019-cuil tarixdə Şəxs MMC 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində pulu “Chemprom İndustries LP”-nin bank hesabına köçürmüşdür. Göründüyü kimi, 16 oktyabr 2019-cu il tarixdə xidmətlərə görə ödənişlərin həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 17 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X4 Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində olan olan vəsaiti 05 iyul 2019-cu il il tarixdə xaricə köçürülməsi və 02 (iki) il müddət keçsə də, 39998,10 (otuz doqquz min doqquz yüz doxsan səkkiz, on) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməməsi qeyd edilsə də, cəmiyyət tərəfindən xidmətlərə görə ödənişlər həyata keçirildiyindən, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1021/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1021/2021
04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver