Məhkəmə qərarları › İş №3(003)-1022/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1022/2021

04.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1022/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin 18704,60 (on səkkiz min yeddi yüz dörd, altmış) ABŞ dolları məbləğində olan olan vəsaiti 05 iyul 2019-cu il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 18704,60 (on səkkiz min yeddi yüz dörd, altmış) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bununla əlaqədar "xxxx" MMC barəsində X10 Departamentinin aparıcı hüquq məsləhətçisi X3 tərəfindən 17 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 etiraz ilə məhkəməyə müraciət edərək göstərdi ki, qeyd olunan Mübahisələndirilən inzibati aktı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankı inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir, lakin işin materiallarından onlar bu sübutları görməmişlər. Şəxs MMC Azərbaycan Respublikası Mərkəzi Bankının tərtib etdiyi protokolun səhv olduğunu sübut edən hüquqi və faktiki şərtləri təqdim edir, o cümlədən 18,704,60 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin təyyarələrinə X6 göstərilən yerüstü xidmətlər üçün Worldwide Flight Services X11 Handling Co., Ltd (bundan sonra Bangkok Flight Services) şirkətinin hesabına köçürülmüşdür. Qüvvədə olan beynəlxalq aviasiya qaydaları və reqlamentinə uyğun olaraq, xarici aeroportlara çarter reysləri yerinə yetirən aviaşirkətlərə onların sorğusu əsasında, həmin xarici aeroportlarda fəaliyyət göstərən yerli şirkətlər tərəfindən hava gəmisi və uçuş heyəti üçün zəruri kompleks xidmətlərin həyata keçirilməsi məqsədi ilə, yerüstü xidmətlərin həyata keçirilə bilər. X6 Şəxs MMC-nin təyyarələrinə yerüstü xidmətlərin həyata keçirilməsi məqsədi ilə Şəxs MMC ilə Bangkok Flight Services şirkətinin əməkdaşları arasında elektron yazışmalar, yerinə yetirilən işlərə görə Bangkok Flight Services şirkəti təqdim olunan hesablar və yerinə yetirilən işlərin qəbul aktları əlavə olunur. Hazırkı materiallar onu sübut edir ki, çarter reysləri yerinə yetirən Şəxs MMC öz təyyarələrinə istehsalat proseslərinin həyata keçirilməsi məqsədi ilə X6 kompleks xidmətlərin göstərilməsi üçün Bangkok Flight Services şirkətinə müraciət etmişdir. Bangkok Flight Services şirkəti göstərilən xidmətlərə görə ödəniş üçün Şəxs MMC-yə hesab təqdim etmişdir. Valyuta vəsaitləri Şəxs MMC tərəfindən faktiki olaraq yerinə yetirilən yerüstü xidmətlərə görə qanunvericiliyə zidd olmayan müddətdə köçürülmüşdür. "X12 Aviaşirkəti” MMC və Bangkok Flight Services şirkəti bir-birinə qarşı iddiaların olmadığını təsdiq edən xidmətlərin yerinə yetirilməsini təsdiq edən aktı imzalamışlar. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. "xxxx" MMC-nin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 18704,60 (on səkkiz min yeddi yüz dörd, altmış) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 05 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin baş mühasibinin 04 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, X9 çarter reysləri yerinə yetirən Şəxs MMC elektron poçt vasitəsi ilə “Worldwide Flight Services X5 Co,, Ltd” şirkətindən Aviaşirkətin hava gəmilərinə yerüstü xidmətlərin göstərilməsini sifariş edir. “Worldwide Flight Services X5 Co,, Ltd” şirkəti X8 yerüstü xidmətləri həyata keçirən Sertifikatlaşdırılmış şirkətdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 17.07.2021 -ci il tarixli ******* saylı protokolunda qeyd olunan 18704,60 ABŞ dolları məbləğində vəsait Worldwide Flight Services X5 Co,, Ltd şirkətinin hesabına xidmətlərin həyata keçirilməsi məqsədi ilə yerüstü xidmətlər üçün 4329,46 ABŞ dolları (invoys ********), yüklərin emalı 1146,78 ABŞ dolları (invoys ********), yüklərin emalı 1146,78 ABŞ dolları (invoys ********), Naviqasiya 3794,98 ABŞ dolları (invoys ********), yerüstü xidmətlər 4275,69 ABŞ dolları (invoys ********), Naviqasiya 3801,85 ABŞ dolları (invoys ********) ödənilmişdir. Göstərilən xidmətlərin dəyəri 18495,54 ABŞ dolları təşkil edir. Qabaqcadan ödənilən vəsait növbəti reysləri əhatə edir. Göstərilən xidmətlərin ödənilməsi ilə bağlı təsdiqedici sənədlər və məlumatlar vaxtında Şəxs MMC-yə xidmət göstərən banka göndərilmişdir. Şəxs MMC və “Worldwide Flight Services X5 Co., Ltd” şirkətləri arasında 2019-ci il üzrə yerinə yetirilən xidmətlərə dair imzalanmış və tərəflərdən hər hansı birinin digərinə qarşı hansı iddialarının olmadığını təsdiq edən Akt imzalamışdır. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktından görünür ki, “Worldwide Flight Services X5 Co., Ltd” şirkətinin göstərilən uçuşlar üçün yerüstü xidmətlər göstərdiyini və Şəxs MMC-nin bu xidmətlərin çatdırılmasını qəbul etdiyini təsdiq edərək aktı hazırlamışlar. Məhkəmədə müəyyən olundu ki, 18,704,60 ABŞ dolları məbləğində vəsait Şəxs MMC-nin təyyarələrinə X6 göstərilən yerüstü xidmətlər üçün “Worldwide Flight Services X11 Handling Co., Ltd” şirkətinin hesabına köçürülmüşdür. Qüvvədə olan beynəlxalq aviasiya qaydaları və reqlamentinə uyğun olaraq, xarici aeroportlara çarter reysləri yerinə yetirən aviaşirkətlərə onların sorğusu əsasında, həmin xarici aeroportlarda fəaliyyət göstərən yerli şirkətlər tərəfindən hava gəmisi və uçuş heyəti üçün zəruri kompleks xidmətlərin həyata keçirilməsi məqsədi ilə, yerüstü xidmətlərin həyata keçirilə bilər. X6 Şəxs MMC-nin təyyarələrinə yerüstü xidmətlərin həyata keçirilməsi məqsədi ilə Şəxs MMC ilə Bangkok Flight Services şirkətinin əməkdaşları arasında elektron yazışmalar olmuşdur. Bundan sonra, çarter reysləri yerinə yetirən Şəxs MMC öz təyyarələrinə istehsalat proseslərinin həyata keçirilməsi məqsədi ilə X6 kompleks xidmətlərin göstərilməsi üçün Bangkok Flight Services şirkətinə müraciət etmişdir. Bangkok Flight Services şirkəti göstərilən xidmətlərə görə ödəniş üçün Şəxs MMC-yə hesab təqdim etmişdir. Valyuta vəsaitləri Şəxs MMC tərəfindən faktiki olaraq yerinə yetirilən yerüstü xidmətlərə görə qanunvericiliyə zidd olmayan müddətdə köçürülmüşdür. "X12 Aviaşirkəti” MMC və Bangkok Flight Services şirkəti bir-birinə qarşı iddiaların olmadığını təsdiq edən xidmətlərin yerinə yetirilməsini təsdiq edən aktı imzalamışlar. Göründüyü kimi, 2019-cu ildə xidmətlərə görə ödənişlərin həyata keçirilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" MMC barəsində 17 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsisiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; 53.0.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.0.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.0.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.0.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.0.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.0.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.0.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Mərkəzi X4 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında "xxxx" MMC tərəfindən xaricə köçürülmüş valyuta vəsaitinin geri qaytarılmaması halı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolda "xxxx" MMC-nin 18704,60 (on səkkiz min yeddi yüz dörd, altmış) ABŞ dolları məbləğində olan olan vəsaiti 05 iyul 2019-cu il il tarixdə xaricə köçürülməsi və 02 (iki) il müddət keçsə də, 18704,60 (on səkkiz min yeddi yüz dörd, altmış) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməməsi qeyd edilsə də, cəmiyyət tərəfindən xidmətlərə görə 2019cu ildə ödənişlər həyata keçirildiyindən, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 53, 105, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar