Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1027/2020 18.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Naxçıvan MR, Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Neftçala Rayon Məhkəməsinin 3-24 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxx 2002-ci il tarixdən başlayaraq xx xxxxxx 1998-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs aylıq əmək haqqının ¼ miqdarında aliment tutularaq iddiaçı X2 ödənilməlidir. Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə xx xxxxxxxx 2020ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahat verərək bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 3-24 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxx 2002-ci il tarixdən başlayaraq xx xxxxxx 1998-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs aylıq əmək haqqının ¼ miqdarında aliment tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. Şəxs aliment borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Şəxs bugünədək olan aliment borcu 12000 manat təşkil edir. Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə tərəfindən zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə onun tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Buna görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X2 daimi olaraq aliment ödədiyini, ona hər hansı aliment borcunun olmadığını, həmçinin ikinci qrup əlil olduğunu bildirmiş və bu səbəbdən inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 3-24 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx xxxxxx 2002-ci il tarixdən başlayaraq xx xxxxxx 1998-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs aylıq əmək haqqının ¼ miqdarında aliment tutularaq X1 xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş tələbkar X3 tərəfindən Xəzər rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş xx xxx 2017-ci il tarixli ərizənin surətindən görünür ki, tələbkar borclu Şəxs tərəfindən Neftçala Rayon Məhkəməsinin 3- 24 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsiüzrəona olan aliment borcunun tam şəkildə ödənildiyini qeyd etmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş tələbkar X3 tərəfindən Xəzər rayon İcra və Probasiya Şöbəsinə təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli ərizənin surətindən görünür ki, tələbkar borclu Şəxs tərəfindən Neftçala Rayon Məhkəməsinin 3-24 saylı, xx.xx.2002-ci il tarixli icra vərəqəsiüzrəona olan aliment borcunu təkrar tələb etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Babayev X4 Rayon Məhkəməsinin 3-24 saylı, xx.xx.2002-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş aliment məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır və bu günə olan ödənilməmiş aliment məbləği 12000 manat təşkil edir. Onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs hərəkəti Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir Məmmədov tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olmasını, habelə onun ikinci qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini, habelə onun ikinci qrup əlil olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 11492, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx xxxxxx 1975-ci il tarixdə Naxçıvan MR, Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozu ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №3(003)-1027/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1027/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver