Məhkəmə qərarları › İş №3(003)-1029/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1029/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1029/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi Məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Şəxs qızının xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanımda yaşayan barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs qızı özgənin əmlakını qəsdən məhv edərək ona az miqdarda ziyan vurmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Səfərov küçəsi ev 28-də yaşayan Zərərçəkmiş şəxs Abid oğlu Azərbaycan Respublikası DİN “102” xidmətinə zəng edərək və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə ərizə ilə müaciət edərək yaşadığı evin qarşısında saxladığı ona məxsus “Wolksvaqen CC” markalı **-LL-*** dövlət nömrə nişanlı avtomobilinin şüşəsini əvvəllər münasibətdə olduğu Şəxs tərəfindən sındırılması barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona 500-700 manat dəyərində maddi ziyan dəymişdir. Material üzrə izahatı alınmış Şəxs qızı bildirmişdir ki, Zərərçəkmiş şəxs Abid oğlu ilə təxminən 1 (bir) il 6 (altı) aydır ki, münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxsla görüşüb söhbət etmək üçün bir neçə dəfə zəng vurmiş, lakin Elmar onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs yaşadığı ünvana gedərək onunla söhbət etmək istəmişdir. Elmar onunla bayırda söhbət edən zaman aralarında sözlə mübahisə yaranmış və o, əsəbiləşərək yaxınlıqda saxladığı Elmara məxsus Wolksvaqen CC” markalı **-LL-*** dövlət nömrə nişanlı avtomobilin şüşəsinidaşla sındırmışdır. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarovun xx.xx.2023-cü il tarixli qərarı ilə vətəndaş Zərərçəkmiş şəxs Abid oğlunun Azərbaycan Respublikası DİN “102” xidmətinə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs qızının əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkib hissəsi yarandığından, barəsində inzibati tədbirlərin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti üzrə əməkdaşa göndərilmişdir. Faktla əlaqədar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə İnzibati xəta haqqında MN № ******* saylı Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64-cü maddələrinə əsasən işə barəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qızının və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu, az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs qızı Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 700 (yeddi yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar