Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1030/2020 19.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitan X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitan X4 tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitan X4 protokola uyğun izahat verərək, bildirdi ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhər Xəzər rayonu, Türkan qəsəbəsi yeni sahə fərdi evdə yaşayan X2 narkotik maddə aludəçisi olan həyat yoldaşı X3 onu döyməsi barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng etmişdir. Müraciəti əsasında araşdırma aparılmış, araşdırma zamanı vətəndaş F.Həsanovun narkotik vasitələrdən istifadə edib-etmədiyini müüəyyənləşdirmək üçün şəxsiyyəti ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzə göndərilmiş və mərkəzin 1/3908 saylı, xx.xx.2020-ci il tarixli müayinə protokolunda göstərilmişdir ki, vətəndaş Şəxs sidiyində test zamanı “MOP” aşkar edilmişdir. Toplanmış material əsasında aparılmış təhqiqat araşdırması zamanı hər hansı bir cinayət tərkibi aşkar edilməmişdir. Lakin şəxsin sidiyində test zamanı “MOP” aşkar edildiyindən Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati məsuliyyət yaranır. Qeyd edilənlərə əsasən Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, narkotik vasitə olan heroini bir ildi istifadə edir, sonuncu dəfə narkotik vasitə olan heroini xx.xx.2020-ci il tairxdə qəbul etmişdir. Şəxsi axtarış zamanı üzərindən hər hansı narkotik vasitə çıxmamış, lakin tibbi müayinə zamanı narkotik vasitə qəbul etdiyi aşkar edilmişdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə proses iştirakılarını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, proses iştirakçılarının izahatları və işüzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olanAzərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə barədə tərtib edilmiş 1/3908 saylı, xx.xx.2020-ci il tarixli protokolda müayinənin nəticəsi olaraq Şəxs MOP (+) heroin aşkarlandığı qeyd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində tutulmuşdur. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inizbati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə sahə inspektoruna göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyəti məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilməlidir. Həmin maddənin tələbləri nəzərə alınaraq, Şəxs inzibati qaydada tutulma müddəti inzibati həbs müddətinə daxil edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 30 (otuz) gun müddətə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2020-ci il saat 20:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1030/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1030/2020
19.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver