Məhkəmə qərarları › İş №3(003)-1032/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1032/2020

19.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1032/2020 19.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin sahə inspektoru, polis kapitan X7, barəsində inzibati icraat aparılan şəxs Şəxsiştirakları ilə, xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə Xəzər RPİ 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: xx xxxxxxxx 2020-ci il tarixdə Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, sahə inspektoru, polis kapitanı X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206 və 227-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokollara əsasən Şəxs narkotik vasitələrin qəbulu və xırda talama ilə məşğul olaraq X3 340 manat pul, X5 150 manat su nasosu, X2 40 manat dəyəri olan sımovar oğurlayaraq özgə şəxslərin əmlakını talamışdır. Məhkəmə iclasında protokolları tərtib etmiş şəxs - Xəzər RPİ 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru X12 tərtib edilmiş protokolların məzmunlarına uyğun izahat verərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi üzrə özünü təqsirli bilir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxslərə dəymiş zəriri ödəyəcəyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs onun həyat yoldaşı Lütvi ilə bir yerdə işləmişlər. Eldar onlara 40 manat pul borclu idi. Lakin həmin borcu qaytarmırdı. Sonradan Eldar onların evinə gələrək, ona bildirmişdirki, yol kənarında ona bir qadın 100 manat pul verməlidir. Ondan həmin pulu götürməyi və ona borclu olduğu pulun qaytaracağını bildirmişdir. O Eldarın dediyi yerə getdikdə orada heç kəsin olmadığını görmüşdür. Geri qayıtdıqda artıq Eldarın orda olmadığını gördü və həyətə baxarkən sımovarın olmadığını aşkar etdi və bununla bağlı polisə şikayət vermişdir. Eldar ona sımovarı qaytaracağını dəflərlə bildirsə də qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 izahatında bildirdi ki, Eldar onn həyat yoldaşıdır. Onun oğlu hərbi xidmətdədir. Onun hərbi xidmətdən qayıdarkən qonaqlıq təşkil etmək üçün 1600 manat pul toplamışdır. Onun həyat yoldaşıə Eldar narkotik isitfadəçisi olduğu üçün o, həmin pulu saxladığı otağın qapısını bağlı saxlayırdı. O özü işlədiyi üçün evdə yalnız axşam saatlarında olur. Eldar onun evdə olmamsından istifadə edərək, qapını çəftədən açaraq ona məxsus olan puldan 340 manat götürmüşdür. Bunla bağlı o poisə müraciət etmişdir. Beləliklə, müvafiq inzibati xətaların baş verməsi faktı barəsində inzibati xəta haqqında icraat üzrə iş aparılan şəxsin, inzibati xəta haqqında protokollar tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati məsuliyyət yaradır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli AZA 012548 nömrəli tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdən saat 20:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının təyini məqsədi ilə aparılan tibbi müayinə barədə tərtib edilmiş 414 saylı, xx.xx.2020-ci il tarixli protokolda müayinənin nəticəsi olaraq Şəxs OPİ (+) heroin, THC (-) aşkarlandığı qeyd edilmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində X6 şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inizbati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə sahə inspektoruna göndərilmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində X8 şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inizbati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə sahə inspektoruna göndərilmişdir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində X1 şikayəti əsasında toplanmış material əsasında cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inizbati qaydada tədbir görülməsi üçün material aidiyyəti üzrə sahə inspektoruna göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ilə X10 xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikha qeydi kitabında 216 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs daha ciddi xətaya görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində müəyyən olunan sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 20:00-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 02 (iki) ay 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar