Məhkəmə qərarları › İş №3(003)-1037/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1037/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1037/2024 14.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsinin sahə inspektoru, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X6 iştirakları ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, deməsinə görə həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi X8 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X8 izahat verərək bildidi ki, təhqiqat qərarına əsasən Şəxs xalası X3 məxsus evdən 500 manat dəyərində noutbuk oğurlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisənin baş verdiyi ev xalasına məxsusdur. Ev həyət evidir və 4 otaqdan ibarətdir. Orada daimi olaraq xalası, qızı ilə birlikdə yaşayır. 2 ay əvvəl şəhərdə işləmiş və kirayədə yaşamışdır. Kirayə pulunu ödəyə bilmədiyindən Binə qəsəbəsində olan xalasının evinə gəlmişdir. Lakin xalası onun həmin evdə yaşamasını istəmədiyindən evə buraxmamışdır. Ona görə də o, evin zirzəmisində yaşayır. Evin açarı onda olmamış, açar daimi xalasında olmuşdur. Hadisə günü isə xalası, qızı ilə birlikdə evdə olmamışlar, o, noutbuku oğurlamaq məqsədilə evin giriş qapısının taxtasını itələyərək içəri daxil olmuş və zalda yerləşən çarpayının altından noutbuku götürmüşdür. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Binə qəsəbəsində X3 məxsus evdən 500 manat dəyərində noutbuk oğurlamış, nəticədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X3 məxsus olan həyətindən oğurluq edən Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə inziabti təsir tərbirlərinin görülməsi qərara alınmışdır. - X2 Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Səfa Usubova ünvanlanmış 1xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, Mayram Əliağayeva izahatında bacısı oğlu, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00-dan 13:00-dək olan müddət ərzində evinin içərisindən qara rəngli “Acer” markalı noutbukunu oğurlamış, nəticədə 500 manat ziyan dəymişdir. Şəxs onun otağının açarı olmamış, o, qapının taxtasını sındırıb otağa daxil olmuşdur. İşin məhkəmə iclasında araşdırılmış hallardan və iş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X9, xx.xx.2024-cü il tarixdə oğurluq etmək məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən X3 məxsus evə, evin giriş qapısının taxtasına müdaxilə etməklə daxil olmuş və evin otaqlarının birində yerləşən çarpayının altından, zərərçəkmiş şəxs tərəfindən 500 manata dəyərləndirilən “Acer” markalı noutbuk oğurlanmışdır. Həmçinin müəyyən olunur ki, X1 Mayram Qreyxanovnaya məxsus evə daxil olması sonuncunun iradəsinə zidd olmuşdur. Belə ki, X9 hadisə törədilən vaxtı həmin evdə yaşamamış və onun həmin evə daxil olmasına qanuni əsaslar mövcud olmamışdır. Məhkəmə, iş üzrə müəyyən edilmiş hallara əsaslanaraq qeyd edir ki, X6 əməlinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif edilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Qeyd olunan cinayət qanunvericiliyin normasından göründüyü kimi, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi) cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki halda isə ilkin sübutlardan grünür ki, X1 Mayram Qreyxanovnaya məxsus evin giriş qapısına müdaxilə etməklə qanunsuz daxil olmuş və evin otaqlarının birində yerləşən çarpayının altından sonuncuya məxsus 500 manat dəyərində qiymətləndirilən əmlakı oğurlamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkib əlamətləri deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkib əlamətləri mövcud olması ilkin sübutlarla müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğuna görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və Şəxs barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün materiallar Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğuna görə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 14 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsi və Şəxs barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün materiallar Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Qərardan, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar