Məhkəmə qərarları › İş №3(003)-1046/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1046/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1046/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi ilə xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə ailəli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 1A, mənzil 24-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası DİN-nin Xəzər RPİ-nin 3-cü PŞ-dən daxil olmuş inzibati xəta barədə işlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs 14 iyul 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 3 ədəd dəmir şvellerləri oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı Anar Hacıyev tərəfindən 14 iyul 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, o, 2012-ci ildə CM-nin 132, 234.2-ci maddələri ilə, 2015ci ildə CM-nin 234.1-ci maddəsi ilə, 2019-cu ildə CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2021-ci ildə isə Xəzər Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs olunmuşdur. Əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, lakin müalicə olunduqdan sonra istifadə etməmişdir. Mahiyyəti üzrə bildirmək istəyir ki, maddi vəziyyəti ağır olduğuna görə xx.xx.2022-ci il tarixdə Binə qəsəbəsi ərazisində hasarı olmayan boş sahədən 3 ədəd metal şvellerləri yolda saxladığı avtomobilə yığıb metal qəbulu məntəqəsinə təhvil vermək istəmişdir. Lakin bu zaman polis əməkdaşları oraya gəlmiş və onu polis şöbəsinə aparmışlar. Əməlindən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru X3 göstərdi ki, Şəxs narkotik qəbulu ilə məşğul olur və pulu olmadığına görə hazırki əməli törətmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs 14 iyul 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsinin ərazisində hasarı olmayan boş sahədən 3 ədəd dəmir şvellerləri oğurlamışdır. İş materiallarına əlavə edilmiş Xəzər rayon 3-cü PŞ-nin təhqiqatçısı Anar Hacıyevin 14 iyul 2022-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində hasarı olmayan boş sahədən X1 məxsus 3 ədəd, 15 metr uzunluqda olan metal şvellerləri talayaraq zərərçəkmiş şəxsə 300 manat zərər vurmuşdur. Toplanmış materal üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs olunmuşdur. Məhkəmə Şəxs əməli etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb olunmasını, törətdiyi əməli nəzərə alıb hesab edir ki, onun barəsində ictimai işlər tənbeh növünün tətbiq edilməsi məqsədə uyğun deyil və onun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 iyul 2022-ci il tarixdə saat 10:30-da tutulmuşdur. Məhkəmə hesab edir ki, tutmanın əvvəli həmin vatxdan hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.3, 40, 43, 115, 117, 128-130 maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati qaydada tutmanın əvvəli 14 iyul 2022-ci il tarixdən saat 10:30-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar