Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1047/2021 12.08.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1957-ci il tarixdə Lənkəran rayonunun Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup əlil, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyatzadə küçəsi döngə 1 ev 8 “A” ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 12 avqust 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2017 saylı 12 sentyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən X4 azyaşlı övladları 05 iyul 2013-cü il təvəllüdlü X6 və 08 dekabr 2015-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanına köçürülməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2017 saylı 12 sentyabr 2017-ci il tarixli icra vərəqəsini icra etməkdən qərəzli olaraq yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru X1 xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclu barəsində qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, İİ qrup əlildir, hazırda qeydiyyatda olub yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyatzadə küçəsi döngə 1 ev 8 “A” ünvanında yerləşən ev icra sənədində göstərilən ev deyildir, iddiaçının yaşamış olduğu və hazırda köçürülmək istədiyi ev tamam başqa yerdədir. İcra məmuru müvafiq ünvan dəqiqləşdirməsi aparmadan onun guya icra sənədinin icrasına maneçilik törətdiyi qənaətinə gəlmiş və tamamilə əsassız olaraq barəsində hazırkı protokolu tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Bir daha qeyd edir ki, onun bu işdə heç bir günahı yoxdur, onun hazırda yaşadığı ev qızının xüsusi mülkiyyətindədir, o, bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edir və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2017-ci il tarixli 005833 saylı vəsiqənin surətindən görünür ki, Şəxs müddətsiz olaraq İİ qrup əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyatzadə küçəsi döngə 1 ev 8 “A” ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-126/2017 saylı 12 sentyabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən X4 azyaşlı övladları 05 iyul 2013-cü il təvəllüdlü X6 və 08 dekabr 2015-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanına köçürülməlidir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı ünvan isə ünvan 3əmuru göstərilən ünvanların eyni ünvan olubolmamasını rəsmən dəqiqləşdirməmiş, məhkəmə iclası zamanı da bunu dəqiqləşdirmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1957-ci il tarixdə Lənkəran rayonunun Havzava kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İİ qrup əlil, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bünyatzadə küçəsi döngə 1 ev 8 “A” ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəm ənin hakimi Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1047/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1047/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver