Məhkəmə qərarları › İş №3(003)-1047/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1047/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1047/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, zərərçəkmiş şəxs X2 və onun qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs xx xxxxxx 1974-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində fərdi evdə yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Xəzər rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 09 iyul 2022-ci il tarixli protokola əsasən Şəxs 18 iyun 2022-ci il tarixdə, saat 15:30-da idarə etdiyi «Qaz 3302» yük markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə zərərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkibi yarandığından Bakı şəhəri Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Rəhim Allahverdiyev tərəfindən 25 iyun 2022-ci il tarixli qərarla «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, o, sürücülüklə məşğul olur və aylıq qazancı 400- 500 manat təşkil edir. 18 iyun 2022-ci il tarixdə, saat 15:30-da idarə etdiyi «Qaz 3302» yük markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Binə qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən 10 metr qarşıda velosiped sürən uşağın yola çıxdığını görüb avtomobili saxlamaq istəsə də, avtomobilin qabaq sağ tərəfi ilə velosipedə dəymişdir. Uşağın yerə yıxıldığını görüb avtomobili saxlamış, əvvəlcə onu evlərinə, sonra isə xəstəxanaya aparmışdır. Xəstəxanada müalicə ilə bağlı bütün xərcləri özü çəkmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X3 göstərdi ki, 18 iyun 2022-ci il tarixdə, saat 15:30 radələrində Binə qəsəbəsində yolda velosiped sürərkən qəfildən qarşısına avtomobil çıxaraq onu vurmuşdur. Sonra avtomobilin sürücüsü onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, baş vermiş yol-nəqliyyat hadisəsindən sonra hadisəni törədən şəxs Şəxs uşağın bütün müalicə xərclərini çəkmiş və ona qayğı göstərmişdir. Buna görə də, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirdi, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Xəzər RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Xəzər RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində azyaşlı zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının 20 iyun 2022-ci il tarixli, 739 nömrəli rəyinə əsasən X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər 18 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül zərərvurmaya aiddir. Məhkəmə Şəxsin əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxsin məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, işinin sürücülük vəsiqəsi ilə bağlı olduğunu və ailəyə qazanc gətirən yeganə şəxs olmasını nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar