Məhkəmə qərarları › İş №3(003)-1049/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1049/2020

24.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1049/2020 24.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, 130 nömrəli məktəbdə təlim-tərbiyə müəllimi işləyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ağamalı oğlu küçəsi ev 27 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədarŞəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında potokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 göstərdi ki, Bakı şəhər BPİ DYPİ-yə bilavasitə tabe olan YPX Alayının 4-cü tağımının YPX inspektorları polis baş serjantı Şükür Cəfərov və polis baş serjantı Bəkir Həmzəyev raportla Bakı şəhər BPİ DYPİ-yə müraciət edərək göstərmişlər ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən təxminən saat 02:40 radələrində Buzovna yolunda küçənin işıqlandırılmış ərazisində xarici işıq cihazlarından düzgün istifadə etmədiyinə görə “saxlamaq” işarəsi verilmiş, lakin sürücü tabe olmayaraq şəhər istiqamətində hərəkət etmiş, daha sonra geriyə dönərək “Rahat” marketin qarşısında saxlamışdır. Polis əməkdaşı sürücüyə yaxınlaşıb özünü təqdim etdikdən sonra idarə etdiyi avtomobilə aid sənədləri tələb etmiş, sürücü ona sürücülük vəsiqəsini təqdim etdikdə, avtomobilin salonundan kəskin alkoqol iyi gəldiyindən sürücünü alkotesterlə yoxlamaq qərarına gəlmişdir. Bu zaman sürücü buna etiraz etmiş və tabe olmayaraq özünü aqressiv aparmışdır. Sürücüyə onlarla bərabər gedib həkim müayinəsindən keçməsi təklif edilmiş, lakin o, onların bu təklifindən də imtina etmiş, maşınında adam olduğunu, evində xəstəsi olduğunu, xəstəyə aldığı dərmanları təcili olaraq evə çatdırmalı olduğunu deyib həmin yerdən uzaqlaşmaq istəmişdir. Həmin vaxt sürücüyə narahat olmaması, lazım gələrsə, polis əməkdaşları tərəfindən avtomobilinin evinə çatdırılacağı izah edilsə də, o, polis əməkdaşlarına etibar etmədiyini bildirərək həkim müayinəsinə getməkdən isrsrla imtina etmişdir. Buna görə də hadisə yerinə Xəzər RPİ-nin PPX əməkdaşlarını çağırmışlar, lakin sürücü yenə tabe olmamış, həkim müayinəsinə getməkdən imtina etdikdən sonra avtomobili hərəkət etdirərək polis əməkdaşını da sürüməyə başlamış, bu zaman polis əməkdaşı əlini şüşənin arasından bir təhər çıxarmışdır. Sürücü avtomobili Buzovna qəsəbəsində çox təhlükəli idarə etdiyindən hadisə törətməməsinə görə onlar müşayiəti dayandırmışlar. Sürücünün belə etməsinin səbəbi böyük ehtimalla sərxoş olması olmuşdur. Bu barədə raport tərtib edərək Şəxs məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətanı etiraf etməyək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 02:40 radələrində polis əməkdaşları tərəfindən ona “saxla” əmri verildikdən sonra avtomobili saxlamışdır. Polis əməkdaşlarından nə üçün “saxla” əmri verildiyini soruşduqda, cavabında xarici işıq cihazlarından düzgün istifadə etmədiyini və daha sonra isə içkili olduğunu bildirmişlər. O, polis əməkdaşlarından sertifikatı olan alkotester tələb etdikdən sonra polis əməkdaşları həmin yerə post patrul və əməliyyat qrupu çağırmışlar. Polis əməkdaşı onlarda olan alkotesterə üfürməsini ondan tələb etdikdə, səs yazısından da eişidildiyi kimi, özləri belə üfürdüklərində alkotester səhv göstərir. Sonra polis əməkdaşı əlini onun idarə etdiyi avtomobilin içərisinə daxil etdikdə, o hərəkəti davam etdirmiş və ona zərbələr endirildiyi üçün hərəkətini yenə davam etdirmişdir. Təxminən yarım saat keçəndən sonra isə özü gedib həkim müayinəsindən keçmiş və sərxoş olmaması barədə müvafiq arayış almışdır. Təqsirinin olmadığını, onun barəsində inzibati xəta haqqında protokolun qərəzli olaraq tərtib olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edirəm ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Məhkəmə iclasında iş materiallarında olan videogörüntüyə baxış keçirilərkən görüntülərdə sürücünün polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması müəyyən edildi. Belə ki, sürücü öncə sərxoşluğunun yoxlanılması üçün alkotester adlanan aparatnan ilkin müayinənin aparılmasına hər vasitə ilə maneə olmağa çalışmış, daha sonra isə polis əməkdaşlarının onlarla bərabər gedib həkim müayinəsindən keçmək təklifindən imtina edib avtomobili sürərək hadisə yerindən çıxıb getmişdir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, iş üzrə tənbehiağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 25, 40, 43, 48-51, 75, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, 130 nömrəli məktəbdə təlim-tərbiyə müəllimi işləyən, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ağamalı oğlu küçəsi ev 27 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar