Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1052/2020 25.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X8, zərərçəkmiş şəxslər X14, X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1974-cü il tarixdə Biləsuvar rayonunun Ağayrı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə fərdi evdə yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə inspektoru, polis mayoru X19, sahə inspektoru, polis mayoru X9, sahə inspektoru, polis leytenantı Cavidan Allahverdiyev və sahə inspektoru, polis baş leytenantı X17 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Protokollara əsasən Şəxs xırda talama, yəni qaz sayğacı quraşdırılması məqsədilə 2020-ci ilin fevral ayında X3 250 manat, 2019-cu ilin dekabr ayında X6 cəmi 320 manat, 2020-ci ilin yanvar ayında Məcnunova nurudə Eldar qızından 370 manat, X4 320 manat, X12 320 manat, X11, X1, X2, X10 və X7 ümumilikdə 1530 manat pulunu almış və geri qaytarmayaraq onu aldatmışdır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs - Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X15 tərəfindən tərtib edilmiş protokolların məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X21 göstərdi ki, təxminən 2020-ci ilin iyul ayında yaşadığı Qala qəsəbəsi yeni sahədə yerləşən evinə qaz sayğacı quraşdırılması məqsədilə özünü “xxxxxxxx” ASC-nin işçisi kimi təqdim edən Həbib adlı şəxsə evin sənədləri ilə birlikdə 320 manat pul vermiş, lakin vədinə əməl etməyərək telefonlarını söndürmüş, pulunu indiyə qədər geri qaytarmamış, evinə qaz sayğacı quraşdırılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 göstərdi ki, Şəxs2020-ci ilin fevral ayında qaz sayğacı quraşdırılması məqsədilə ondan 250 manat almış, lakin vədinə əməl etməmiş, nə də ki, pulunu geri qaytarmamış, onu uzun müddət tapa bilməmiş, evində indiyə qədər qay sayğacı quraşdırılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki,təxminən 2018-ci ilin fevral ayından “xxxxxxxx” QSC-də çilingər vəzifəsinə təyin olunmuş, işi ümumi olaraq Respublika ərazisində qaz sayğacı quraşdırılması olduğunu, Bakı şərəhində işlədiyi üçün işə daxil olduğu vaxtdan Binə qəsəbəsi Donuzkökəttmə savxozu Bakavtomat yolu adlanan ərazidə kirayə yaşamağa başlamışdır. Orada yaşadığı vaxtdar qonşuluqda olan Binə sakinlərinin çoxunun qaz xəttinin olmamasını görmüş bu səbəblə bir neçə ailəyə qaz xətti çəkilməsində onlara kömək edə biləcəyini demiş, onaların bununla razılaşdıqda müəyyən qiymət müqabilində onlara qaz xətti çəkmişdir. Bundan sonra digər Binə sakinləri bu işdə digər qonşularına köməklik etdiyini eşidərək ona yaxınlaşaraq qaz xətti çəkilməsində onlara köməklik etməsini istəmişlər. İşlədiyi müddət ərzində adlarını xatırlamadığı bir çox ailəyə qaz xətti çəkilməsində köməklik etmişdir. Lakin 2020-ci ilin əvvələrində yaşadığı Biləsuvar rayonuna getmiş, orada olduğu müddət ərzində pandemiya ilə əlaqədar karantin rejimi elan edilmiş və o Bakı şəhərinə gələ bilmədiyindən, orada qaldığı müddət ərzində Binə qəsəbəsində bir çox ailədən qaz xətti çəkilməsi üçün aldığı pula görə öhdəliyini yerinə yetirməmişdir. 2020-ci ilin aprel ayında qaz idarəsi tərəfindən verilmiş arayış əsasında Bakı şəhərinə gəlmiş pullarını aldığı ailələrin qaz xəttlərini çəkilməsini təmin etmək istəsə də, Qaz idarəsi tərəfindən ona sayğac verilmədiyi üçün qeyd edilən pullarını aldığı vətəndaşların ünvanlarına qaz xətti çəkə bilməmişdir. Bu səbəbdən də 2020-ci ilin avqust şikayətlər olduğundan, o, “xxxxxxxx” QSC işdən çıxarılmışdır. Bundan əlavə, Qaz idarəsində bəzi əməkdaşlar tərəfındən onun da pulunun mənimsənilməsi ilə bağlı və qeyd olunan vətəndaşların pullarını verdiyi əməkdaşlar ilə bağlı 2020-ci ilin may ayında müvafiq dövlət güc strukturlarına müraciətinində oldunmuşdur. xx.xx.2020-ci il tarixdə qeyd olunan müraciətləri ilə bağlı Baş Prokurorluq yanında Korrupsiya idarəsinə getmiş və idarənin qarşısında olan zaman 3-cü PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu PB-nə gətirmişlər. Qeyd olunan vətəndaşların izahatları ilə tanış olaraq bildirmişdir ki, həmin məbləğlərdə pulları onlardan qaz xətti çəkmək üçün almış, lakin izahatında qeyd olunan səbəblər ilə bağlı qaz xətti çəkə bilməmişdir. Göstərilən məbləğdə pulları indiyə qədər qaytara bilməmiş, daha sonra qeyd edilən pulları onlayn qaydada vətəndaşlara ödəmişdir. Əməlindən peşmandır. Beləliklə, müvafiq inzibati xətanın baş verməsi faktı barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxslərin izahatı və inzibati xəta haqqında protokollarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli tutma haqqında AZA 006226 nömrəli protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:30-dan, yəni, Şəxs tutulduğu tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxx 1974-cü il tarixdə Biləsuvar rayonunun Ağayrı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Biləsuvar rayonunun Ağayrı kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu adlanan ərazidə fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 30 (otuz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:30-dan hesablansın. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1052/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1052/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver