Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1055/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi,Qasımova Leyla Nurəddin qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi,polis kapitanı X1, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsŞəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görəəvvəllər inzibati məsuliyyətinə cəlb olunmayan, fərdi əməklə məşğil olan,Sumqayıt şəhəri Sülh küçəsi yataqxana 5-də qeydiyyatda olmaqla yaşayan HəsənovAyaz Vahid oğlunun barəsində Bakı şəhəri Xəzər RPİ-dən Azərbaycan Respublikasının İXM-nin 517-2.2-cimaddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i : İnzibati xəta haqqında MN seriyalı 0721185nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli protokola əsasən Şəxsxx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yeseninküçəsində etibarnamə əsasında idarə etdiyi “Opel” markalı minik avtomobili iləhərəkət edib nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətə əməletməyərək Bakı şəhəri üzrə hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur.Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.Məhkəmə iclasında inzibati xətahaqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi,polis kapitanı X2 inzibati xəta haqqında protokolunməzmununa uyğun izahat verdi.Barəsində inzibati xəta haqqında iş üzrəicraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərəkgöstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:40 radələrində Bakı şəhəriXəzər rayonu Mərdəkan qəsəbəsi SergeyYesenin küçəsində olan zaman polis əməkdaşları komendant saatını pozduğuna görəonu saxlamışlar. Əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəzanınınverilməsini məhkəmədən xahiş etdi.Məhkəmə inzibati xəta haqqında protokoltərtib etmiş şəxsı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsidinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxsəməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulaninzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş AZA №006389 saylı inzibati qaydada tutma protokoldan görünür ki, ŞəxsAzərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibatixətanı törətdiyinə görə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:50-də tutulmuşdur.Azərbaycan Respublikası MilliMəclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 28sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbivəziyyət elan edilmiş, Bakı və digər ərazilərdə hərbi vəziyyət dövründə saat 21:00-dansaat 06:00-dək komendant saatı tətbiq edilmişdir.Məhkəmə Şəxs əməlindənsəmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir.Məhkəmə Şəxs məsuliyyətiniağırlaşdıran halları müəyyən etmədi.Cəza təyin edərkən məhkəmə ŞəxsVahid oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesabedir ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsiməqsədə uyğun deyil, barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsinin sanksiyasında nəzərdətutulan xəbərdarlıq növündə inzibati tənbeh tətbiq olunmalıdır.Yuxarıda göstərilənlərə əsasən və AzərbaycanRespublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48, 115, 117, 128 və130-cu maddələrini rəhbər tutatarq, məhkəmə q ə r a r a a l d ı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılanşəxs Şəxs Azərbaycan RespublikasıİXM-nin 517-2.2-ci maddəsi ilə təqsirli bilinsin və 50,00 (əlli) manat məbləğdəcərimə edilsin.Qərarın surəti təqdim edildiyi və ya alındığıgündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Tərlan ƏkbərovHakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddinqızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə əvvəllər inzibati məsuliyyətinə cəlb olunmayan, fərdi əməklə məşğil olan, Sumqayıt şəhəri Sülh küçəsi yataqxana 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri XəzərRPİ-dən Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsi ilə daxilolmuşinzibatixətahaqqındamaterialaməhkəmənin inzibati binasında açıqməhkəməiclasındabaxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli protokola əsasən Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində etibarnamə əsasında idarə etdiyi “Opel” markalı minik avtomobili ilə hərəkət edib nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətə əməl etməyərək Bakı şəhəri üzrə hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:40 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində olan zaman polis əməkdaşları komendant saatını pozduğuna görə onu saxlamışlar. Əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəzanının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş AZA № 006389 saylı inzibati qaydada tutma protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:50-də tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı və digər ərazilərdə hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə uyğun deyil, barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsi ilə təqsirli bilinsin və 50,00 (əlli) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1055/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1055/2020
29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver