Məhkəmə qərarları › İş №3(003)-1057/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1057/2020

29.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1057/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1966-cı il tarixdə Tərtər rayonunun Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, deməsinə görə əvvəllər inzibati məsuliyyətinə cəlb olunmayan, Tərtər rayonunun Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Xəzər RPİ-dən Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli protokola əsasən X2 xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:40 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində idarə etdiyi “Shaqman” markalı yük avtomobili ilə hərəkət edib nəqliyyat vasitələrinin hərəkətinə qoyulmuş məhdudiyyətə əməl etməyərək Bakı şəhəri üzrə hərbi vəziyyət rejiminin tələblərini pozmuşdur. Bununla da X2 Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Bakı şəhəri Xəzər RPİ İŞ-nin müstəntiqi, polis kapitanı X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmədə özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə, saat 00:40 radələrində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində olan zaman polis əməkdaşları komendant saatını pozduğuna görə onu saxlamışlar. Əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəzanının verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarına əlavə edilmiş AZA № 006387 saylı inzibati qaydada tutma protokoldan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 517-2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə xx xxxxxxxx 2020-ci il tarixdə, saat 23:20-də tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxxxx 2020-ci il tarixli Qərarına əsasən 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, Bakı və digər ərazilərdə hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Məhkəmə X1 əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə X1 məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Cəza təyin edərkən məhkəmə X1 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə uyğun deyil, barəsində Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 48, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikası İXM-nin 517-2.2-ci maddəsi ilə təqsirli bilinsin və 50,00 (əlli) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar