Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1058/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə, Şəxs (bundan sonra Şəxs MMC) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin 60000 (altmış min) ABŞ dolları məbləğində olan olan vəsaiti 17 iyul 2019-cu il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 60000 (altmış min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Bu barədə X4 Departamentinin aparıcı hüquq məsləhətçisi X1 tərəfindən 02 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta törətmiş Şəxs MMC-nin direktoru Rəhim İslamov etirazla məhkəməyə müraciət edərək Şəxs MMC tərəfindən 17.07.2019-cu il tarixdə “AMİS” FZE şirkətinə ödənilmiş 60000 ABŞ dollar məbləği (hissə-hissə ödəniş qaydasında) müqabilində satın alınan avadanlıq - təyyarələr üçün yardımçı güc qurğusu - Azərbaycan Respublikasına daxil olmuşdur və bunun təsdiqi kimi Şəxs MMC tərəfindən "xxxx" ASC-nə 11.07.2019-cu il tarixli müvafiq gömrük bəyannaməsi təqdim edilmişdir (surəti əlavə olunur) və 24.07.2019-cu il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin 10 saylı Hava Limanı şöbəsi həmin gömrük bəyannaməsinin daxil olmasını öz möhürü (ştampı) ilə təsdiq edilməsini göstərmiş, lakin gəlməməsinin səbəbini bildirməmişdir. Həmçinin, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Belə ki, iş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 60000 (altmış min) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait "xxxx" ASC-də olan hesabından 17 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara köçürülmüşdür. İş materiallarında olan Şəxs MMC-yə ünvanlanmış bildirişin surətindən görünür ki, cəmiyyətə onun barəsində inzibati xəta haqqında icraatın başlanacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş bəyannamənin surətindən görünür ki, 11 iyul 2019-cu il tarixdə Şəxs MMC-yə cəmi 743 manat dəyərində mallar daxilmişdir. Azərbaycan Respublikası Mərkəzi X2 “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında 20 fevral 2020-ci il tarixli qərarına əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC-nin 60000 (altmış min) ABŞ dolları məbləğində olan olan vəsaiti 17 iyul 2019-cu il il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 60000 (altmış min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 17 iyul 2019-cu il tarixdə 60000 (altmış min) ABŞ dolları məbləğində pul vəsaitini Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlər "xxxx" ASC-yə təqdim edilməmiş və qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs MMC-nin məhkəməyə sübut kimi təqdim etdiyi 60000 (altmış min) ABŞ dolları məbləğində malların ölkəyə gətirilməsi ilə bağlı gömrük bəyannaməsində göstərilən məbləğ yanlışdır, bundan başqa, məhkəmə iclasında müəyyən edildiyi kimi, 60000 (altmış min) ABŞ dolları 17 iyul 2019-cu il tarixdə xaricə köçürülmüş, lakin Şəxs MMC-nin məhkəməyə təqdim etdiyi gömrük bəyannaməsindən belə görünür ki, həmin məbləğ hələ ölkədən xaricə köçürülməmişdən əvvəl - 11 iyul 2019-cu il tarixdə ölkəyə daxil olmuşdur. Belə olan halda, Şəxs MMC-nin malların ölkəyə daxil olması ilə bağlı təqdim etdiyi gömrük bəyannaməsi mötəbər sübut kimi nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirildiyindən, Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 21-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Məhkəmə Şəxs MMC-nin barəsində inzibati xətanın obyekti olan 60000 (altmış min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi – 12000 (on iki min) ABŞ dolları məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mərkəzi Bankının https://www.cbar.az rəsmi saytından görünür ki, 21.09.2021-ci il tarixə 1 ABŞ dolları 1,70 AZN olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 12000 (on iki min) ABŞ dolları pul vəsaiti 20400 (iyirmi min dörd yüz) manata bərabər tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 26.2, 40, 43, 114-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın obyekti olan 60000 (altmış min) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti məbləğinin 20 (iyirmi) faizi, yəni 12000 (on iki min) ABŞ dolları olmaqla 20400 (iyirmi min dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və protesti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №3(003)-1058/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1058/2021
21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver