Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1058/2022 18.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfovun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə ailəli, 2 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi, ev 4A-da yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov tərəfindən tərtib olunmuş 18 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Aqil Nəcəfov göstərdi ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cinayət hadisəsi nəticəsində dəymiş ziyan 2.024.900 rubl məbləğində pul Şəxs, X2 və X1 müştərək qaydada tutularaq Rusiya Federasiyasının Balıqçılıq üzrə X4-Kaspiysk ərazi idarəsinə ödənilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Bundan başqa borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu icra şöbəsinə dəvət olunaraq izahatları alınmış və o, izahatlarında maddi imkansızlıqdan pulu ödəyə bilmədiyini qeyd etmişdir. Borclu bu günə kimi heç bir ödəniş etməmiş və hal-hazırda borc məbləği 2.024.900 rubl təşkil edir. Borclu Şəxs bu gün saat 10:00-da icra şöbəsinə gəlmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, uzun illər balıqçılıqla məşğul olmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 256.3-cü madəsi ilə təqsirli bilinərək 6000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra o, balıqçılıqla məşğul olmamış, fəhləlik edərək hər ay əldə etdiyi 250-300 manat qazanc və anasının təqaüdü ilə ailəsini dolandırır. Himayəsində arvadı, 2 uşağı və xəstə anası vardır. Hər ay 30-50 manat ödəniş edə bilməsi üçün icra məmurundan hesab nömrəsi tələb etsə də, ona hesab nömrəsi verilməmiş, pulun tam olaraq ödəməsini tələb etmişlər. xx.xx.2022-ci il tarixdə şöbədə olarkən icra məmuru tərəfindən ona hesab nömrəsi verilmiş olsa da, qısa müddət olduğuna görə bu günə heç bir ödəniş edə bilməmişdir. O, icra sənədinin icrasından boyun qaçırmamışdır. Maddi imkanı olmadığına görə cərimə cəzasının hissə-hissə ödənilməsinə hazırdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cinayət hadisəsi nəticəsində dəymiş ziyan 2.024.900 rubl məbləğində pul Şəxs, X2 və X1 müştərək qaydada tutularaq Rusiya Federasiyasının Balıqçılıq üzrə X4-Kaspiysk ərazi idarəsinə ödənilməlidir. İş materiallarına əlavə edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamışdır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Şəxs cəriməni hissə-hissə ödəmək üçün dəfələrlə icra məmurundan hesab nömrəsi tələb etsə də, ona hesab nömrəsi verilməmiş, pulun tam olaraq ödəməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə şöbədə olarkən icra məmuru tərəfindən ona hesab nömrəsi verilmiş olsa da, qısa müddət olduğuna görə bu günə heç bir ödəniş edə bilməmişdir. Yəni, Şəxs üzrlü səbəblərdən icra sənədini icra edə bilməmişdir. Bu səbəbdən onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur və inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №3(003)-1058/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1058/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver