Məhkəmə qərarları › İş №3(003)-1060/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1060/2022

19.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1060/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1979-cu ildə Bərdə rayonu Qaradəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə evli, 3 uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bərdə rayonu, Qazıqurdalı kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsi, Elmar Hüseynov küçəsi, ev 4-də yaşayan Şəxs haqqında Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev tərəfindən tərtib olunmuş 19 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, xx.xx.2017-ci il tarixli, xx.xx.2018-ci il tarixli icra sənədlərinin icrasından qərəzli boyun qaçırmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyev göstərdi ki, 1) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən X3, X1, X6, Şəxs, X4, X2 və X5 müştərək qaydada 6620 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. 2) Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən mülki iddia üzrə 118875,05 manat məbləğində pul Şəxs, məhkəmə məsrəfi kimi 5680,00 manat pul Şəxs Adaşir oğlundan və qeyrilərindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. 3) Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən mülki iddia üzrə 2054482,13 manat məbləğində pul Şəxs, məhkəmə məsrəfi kimi 1110,00 manat pul Şəxs və qeyrilərindən müştərək qaydada tutulub dövlət nəfinə ödənilməlidir. İcra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərarla hər üç icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun əmlak vəziyyəti barədə sorğular verilmiş və Şəxs hər hansı bir əmlakının olmaması barədə cavablar alınmışdır. Borclu hər üç icra sənədi üzrə bu günədək heç bir ödəniş etməmiş və ümumilikdə 2.175.012,05 manat məbləğində borcu yaranmışdır. Xəzər rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəxs barəsində axtarış elan edilmişdir. Borclu Şəxs bu gün saat 12:30-da polis əməkdaşlarının vasitəsilə icra şöbəsinə gətirilmişdir. Bununla da Şəxs qeyd olunan icra sənədinin icrasından üzürsüz səbəbdən qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında borclu Şəxs göstərdi ki, fəhləlik edərək ailəsini dolandırır. Himayəsində 3 uşağı vardır, onlardan biri bu yaxınlarda əməliyyat olunmuşdur. O, borcdan yayınmamış, çağırılan vaxtda icra şöbəsinə gəlmişdir. Bu gün saat 11:00 radələrində polis əməkdaşı onu işdən polis şöbəsinə, sonra isə icra şöbəsinə gətirmişdir. Maddi imkanı olmadığına görə və məbləğ çox olduğundan heç bir ödəniş edə bilməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, X3, X1, X6, Şəxs, X4, X2 və X5 müştərək qaydada 6620 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədindən görünür ki, mülki iddia üzrə 118875,05 manat məbləğində pul Şəxs, məhkəmə məsrəfi kimi 5680,00 manat pul Şəxs Adaşir oğlundan və qeyrilərindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, mülki iddia üzrə 2054482,13 manat məbləğində pul Şəxs, məhkəmə məsrəfi kimi 1110,00 manat pul Şəxs və qeyrilərindən müştərək qaydada tutulub dövlət nəfinə ödənilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli qərarlardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli icra sənədləri üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlamaq barədə qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Şəxs icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməmiş və hazırda onun icra sənədləri üzrə borcu ümumilikdə 2.175.012,05 manat təşkil edir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarlarını qəsdən icra etməmiş, onun icrasından qərəzli olaraq boyun qaçırmış və o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə Şəxs şəxsiyyətini, icra sənədlərini heç bir üzürlü səbəb olmadan icra etməməsini nəzərə alıb hesab edir ki, onun barəsində cərimə cəzası tətbiq olunması məqsədə uyğun deyil, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tətbiq olunmalıdır. Məhkəmədə müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində polis əməkdaşı tərəfindən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində həbsetmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 115- 117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 19 iyul 2022-ci il tarixdən, saat 11:00-dan hesab edilsin. Qərarın icrası Xəzər rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət və ya protest verilə bilər. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar