Məhkəmə qərarları › İş №3(003)-1061/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1061/2022

29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1061/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi ilə X2 Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 02 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək İnzibati Xətalar Məcəlləsinin 221.1-cı maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmağına dair inziabti xəta haqqında 02 avqust 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol əsasında inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, 02 avqust 2020-ci il tarixdə ona Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru tərəfindən İXP seriyalı ******* nömrəli protokol əsasında cərimə yazılmışdır. Onun cərimə barədə məlumatı olmamış, yalnız maşının radar cəriməsini ödəyəndə 200 manat cərimə olunmasını bilmişdir. Sonradan xatırlamışdır ki, pandemiya zamanı YPX əməkdaşı onu saxlayıb sms icazəsinin olub-olmadığını soruşmuş, o isə icazəsinin olduğunu demişdir. Həmin vaxt sms icazəsi olmasa idi, onu postdan buraxmazdılar. 13 iyun 2022-ci il tarixdə protokolun ləğvi, ya da protokolun və qərarın rəsmi surətdə verilməsi üçün Bakı şəhər X8nə müraciət etmişdir. Müraciəti 16 iyun 2022-ci il tarixdə Bakı şəhər X8nə çatmış, lakin bu vaxtadək cavab verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 29 avqust 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş İXP seriyalı ******* nömrəli, 02 avqust 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X4 02 avqust 2020-ci il tarixdə, saat 10:29-da «Changan» minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 211.1 və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 02 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 02 avqust 2020-ci il tarixdə, saat 10:29-da «Changan» minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Maştağa yolunda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuş və nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmişdir. Buna görə də, Azərbaycan Respublikası İnzibati Xətalar 211.1 və 342.6-cı maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.8-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan 10 gün müddətində vəsatət vermədikdə, həmin protokol inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edilir və həmin vaxtdan 10 gün müddətində həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilə bilər. Məhkəmədə müəyyən olundu ki, X1 dövründə, 02 avqust 2020-ci il tarixdə, saat 10:29-da «Changan» minik markalı, **-PV-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuş və nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmişdir. Buna görə də, barəsində Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru X5 tərəfindən İXP seriyalı ******* nömrəli, 02 avqust 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhər DYPİ yol patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 02 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar 211.1 və 342.6-cı maddələri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. X4 hadisə zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmadığını və sms icazəsinin olduğunu bildirsə də, bununla bağlı heç bir sənəd təqdim etməmişdir. Həmçinin şikayətində telefondan istifadə etməməsi ilə bağlı da, heç bir qeyd yazmamışdır. Məhkəmə hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və bu səbəbdən şikayət əsassız olduğundan rədd edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X4 inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada almadığından qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci madədsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib edilmiş TP seriyalı ******* nömrəli, 02 avqust 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar