Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1064/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxx 1959-cu il tarixdə Yardımlı rayonu Kəvran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikasının İXM-nin) 528.1-ci maddəsi ilə Xəzər rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, müəyyənetdi: Xəzər rayon İcra şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib olunmuş 21 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10423/2018 nömrəli, 02 oktyabr 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 194211,16 ABŞ dolları məbləğində borc "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya göndərilmiş bildirişə, xəbərdarlıqlara baxmayaraq, o, icra sənədi üzrə qalıq 124836,16 ABŞ dolları borcunu könüllü ödəməmiş, heç bir üzrlü səbəb olmadan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10423/2018 nömrəli, 02 oktyabr 2018-ci il tarixli icra vərəqəsini tam icra etməkdən yayınaraq icra məmurunun qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Xəzər rayon İcra şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10423/2018 nömrəli, 02 oktyabr 2018-ci il tarixli icra icra vərəqəsinə əsasən Şəxs 194211,16 ABŞ dolları məbləğində borc "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclu Xəzər rayon İcra şöbəsinə gəlmiş və izahatı alınmışdır. Borclu izahatında borcunu maddi imkanı olmadığı üçün indiyə qədər icra sənədi üzrə qalıq 124836,16 ABŞ dolları borcunu ödəyə bilmədiyini, lakin vaxt verilərsə ödəyəcəyini bildirmişdir.Görülmüş bütün tədbirlərə baxmayaraq, borclu qanuni qüvvədə olan məhkəmə qətnaməsini indiyə qədər tam icra etməmişdir. Bunun nəzərə alınaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, maddi vəziyyətində yaranmış çətinlikləri ilə bağlı indiyə qədər icra sənədi üzrə 124836,16 ABŞ dolları qalıq borcunu tam ödəyə bilməmişdir. Borcun ödənilməsindən yayınmır. Tutma yönəldilmiş daşınmaz əmlakı icra şöbəsinə təqdim etmişdir. Ona bir qədər möhlət verilərsə, qalan borcunu hissə-hissə ödəyəcəkdir. Bunun nəzərə alınaraq onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Şəxs mülkiyyətində olan və qətnamə üzrə tutma yönəldilmiş Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 105 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 16 nömrəli mənzil və Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən 105 nömrəli zirzəmi açıq hərracda satılmadığından hərrac şirkəti tərəfindən banka təklif edilmiş və bank tərəfindən əmlak satın alınmışdır. Bunun nəticəsində cavabdehin qətnamə üzrə borcundan 69375 ABŞ dolları silinmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, Şəxs "xxxx" ASC-nə 1175.00 ABŞ dolları ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 3(003)-1064/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2715/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin 3(003)-1064/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)-4701/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Şəxs cavabdeh Nərimanov rayon İcra şöbəsi, "xxxx" ASC, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nə qarşı ipoteka müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək məhkəmənin hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10423/2018 nömrəli, 02 oktyabr 2018-ci il tarixli icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırmamış və onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53,105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – xx xxxxx 1959-cu il tarixdə Yardımlı rayonu Kəvran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №3(003)-1064/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1064/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver