Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1066/2024 20.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nəsimi rayon DYPŞ-nin YNH baş inspektoru polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakları ilə, xx xxxxxxxx 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, X9 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri, Nəsimi rayon DYPŞ-si tərəfindən 05 aprel 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə X4 məxsus “BMW” markalı, **-KL-*** dövlət nömrə nişanlı avtomobili yumaq məqsədi ilə avtomobilin mühərrikini işə salmış və avtomobili arxaya verib yuyucu məntəqəsinə salmaq məqsədi ilə qabağa hərəkət etdirən zaman avtomobilin surətinin artmaması üçün əyləci basmaq əvəzinə sürət pedalını basmış və yaxınlıqda yolun kənarında dayana iki ədəd HYUNDAİ markalı avtomobillərə dəyərək həmin avtomobilləri zədələmişdir. Yoxlama zamanı avtomobili idarə etmək üçün sürücünün hüququnun və etibarnaməsinin olmaması müəyyən olunmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnamə, həmçinin avtomobilə aid heç bir zəruri sənədi yoxdur. 2022-ci ilin mart ayından ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində yuyucu işləyir. xx.xx.2023cü il tarixdə saat 22 radələrində BMW markalı avtomobili məntəqənin qarşısında dayanmış, avtomobilin sürücüsü ona yaxınlaşaraq avtomobilin açarını ona vermiş və avtomobili yumasını xahiş etmişdir. Səhərisi gün avtomobili götürəcəyini bildirmişdir. Həmin gün o, işdə tək olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində BMW markalı avtomobili yumaq məqsədi ilə avtomobilin mühərrikini işə salmış və avtomobili arxaya verib yuyucu məntəqəsinə saxlamaq məqsədi ilə qabağa hərəkət etdirən zaman, avtomobilin surətinin artmaması üçün əyləci basmaq əvəzinə surəti pedalını basmış və yaxınlıqda yolun kənarında dayanan iki ədəd HYUNDAİ SONTAFE markalı 90-DD -766 və HYUNDAİ GRANDUER markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dəyərək onları zədələmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, qeyd edilən şəxslər məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə nümayəndələrinin iştirakı təmin edilməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-nin 54.6-cı və 62.4-cü maddələrinə əsasən prokurorluğun nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nəsimi RPİnin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X8 tərəfindən qəbul edilmiş 24 fevral 2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, X5, X1 və X2 ərizəsi əsasında toplanmış material üzrə müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət təqibinin başlanması rədd edilmiş və qəbul edilmiş qərarın surəti Nəsimi RPİ-nin DYPB-nə göndərilmişdir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan 24 noyabr 2023-cü il tarixdə saat 23:00 radələrində, idarə etdiyi “BMW” markalı, **-KL-*** nömrəli dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən HYUNDAİ SONTAFE markalı **-DD-*** və HYUNDAİ GRANDUER markalı **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşub həmin avtomobilləri zədələmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün izahatı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşiman olmasını, yetkinlik yaşına çatmayan olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd olunan maddələrinə əsasən: Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 16.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Odur ki, məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, hazırda yetkinlik yaşına çatmadığını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 332.4 maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1066/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1066/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver