Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(003)-1069/2024 05.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, X6 və X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin 07 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 və X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barələrində qəbul edilmiş 07 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 və X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin e- 2(003)-281/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, VAZ 21150 minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitədən ibarət miras əmlakın 4/6 hissəsinə onun, yəni X4 və 1/6 hissəsinə isə qızı X1 pay hüququ (məcburi pay) müəyyən edilmişdir. Bundan sonra qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Xəzər Rayon İcra Şöbəsinə göndərilmiş və icra şöbəsi də Baş Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. Cavabdeh tərəfindən həmin qətnaməni icra etdikləri barədə icra şöbəsinə cavab məktubu da göndərilməsinə və nümayəndə və vəkili tərəfindən dəfələrlə BDYPİ-nə nəqliyyat vasitəsinə şəhadətnamə verilməsini tələb etməsinə baxmayaraq BDYPİ əməkdaşları avtomobilə şəhadətnamə vermir. Bu səbəbdən o nə avtomobilimi texniki baxışdan keçirə, nə icbari sığorta etdirə, nə də sata bilir. Nəticədə isə qanunsuz olaraq texniki baxışla bağlı hər 20 gündən bir cərimə yazırlar. Halbuki avtomobil BDYPİ-nin həyətindədir və sürülmür. Cəmi iki dəfə BDYPİ-yə gedərkən sığorta edilmədiyindən cərimə yazılıb ki, bu da BDYPİ-nin qanunsuzluqları sayəsində sığortalaya bilmədiyindən baş vermişdir. Dəfələrlə qanunsuzluqlarla bağlı vəkili də 102-yə şikayət etmiş lakin şikayətə baxılmamış və BDYPİ əməkdaşları qanuni tələbini yerinə yetirməmişdir. Həmçinin həmin protokolları dəfələrlə istəmələrinə baxmayaraq xx.xx.2024-cü ildə Nərimanov RDYPŞ tərəfindən vəkilinə verilmişdir. Qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası adından çıxmış qətnamə bütün dövlət orqanları üçün məcburidir və yerinə yetirilməlidir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq qətnaməni tam icra etməyərək ona avtomobilin qeydiyyat şəhadətnaməsini vermir və mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmir. Nəticədə isə cərimələr yazmağa davam edirlər. Bu səbəbdən o, həmin protokolların ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla yanaşı qeyd edir ki, avtomobilə yazılan cərimələr avtomobilin idarə edilmədiyi və Baş Dövlət Yol Polisi İdarəsinin həyətində duracaqda olduğu, texniki baxışdan keçirilmək üçün gətirildiyi və ya həyətdə saxlandığı halda və mərhum ərinin adına yazılır ki, bu da tamamilə qanunsuz və əsassızdır. Bu da onu sübut edir ki, BDYPİ onu mülkiyyətçi kimi tanımır və qətnaməni icra etməyib. Bununla da həm qanuni qüvvəsini almış qətnaməni icra etməməklə mülkiyyət hüququnu pozur, həm də qanunsuz cərimələr yazaraq onu çətin vəziyyətə salır. Belə ki, BDYPİ tərəfindən İXM-in 469.3-cü maddəsi ilə mərhum ərinin təqsirli bilindiyi və 50 manat cərimə edildiyi barədə xx.xx.2023-cü ildə inzibati xəta törətdiyi və EQ15935564 nömrəli protokol yazıldığı, İXM-nin 339.1-1-ci maddəsi ilə mərhum ərinin təqsirli bilindiyi və 50 manat cərimə edildiyi barədə xx.xx.2024-cü ildə inzibati xəta törətdiyi və EQ19824784 nömrəli protokol yazıldığı, İXM-nin 339.1-1-ci maddəsi ilə mərhum ərinin təqsirli bilindiyi və 50 manat cərimə edildiyi barədə xx.xx.2023-cü ildə inzibati xəta törətdiyi və EQ17430949 nömrəli protokol yazıldığı, İXM-nin 339.1-1-ci maddəsi ilə mərhum ərinin təqsirli bilindiyi və 50 manat cərimə edildiyi barədə xx.xx.2023-cü ildə inzibati xəta törətdiyi və EQ15879325 nömrəli protokol yazıldığı ona sms radar proqramı yükləyərkən məlum olmuş və o, dərhal BDYPİ-nə rəsmi müraciət edərək qanunsuzluqlara son qoyulmasını, protokolun ona təqdim edilməsini və ləğv edilməsini xahiş etmişdir. Bütün bunların hamısı həmin protokolların əsassız və qanunsuz yazıldığını və BDYPİ-nin qanunsuz icbari sığorta etməyinə və texniki baxışdan keçməyinə yaratdığı süni əngəl səbəbindən olduğunu sübut edir. Bütün bu qanunsuzluqlara isə ədalətli şəkildə baxılıb qərar veriləcəyinə inanmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli protokolların ölmüş ərinin adına yazılması və həmin protokolların dəfələrlə istənilməsinə baxmayaraq təqdim edilməməsi və ölmüş şəxsin heç bir halda inzibati xəta törədə bilməməsi və vərəsəsi kimi ona çatmaması səbəbindən şikayət müddətini ötürməmişdir. Göstərilənləri nəzərə alaraq, onlar DİN Baş Dövlət Yol Polisi İdarəsinin İXM-nin 339.1-1-ci maddəsi ilə mərhum ərinin təqsirli bilindiyi və 50 manat cərimə edildiyi barədə xx.xx.2024-cü il tarixli, EQ 19824784 nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi və şikayətçilər məhkəməyə gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik leytenantı X7 tərəfindən tərtib olunmuş 07 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 12:59-da “VAZ 21150 minik” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə bu Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 339.1-1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 07 mart 2024-cü il tarixli, EQ seriyalı 19824784 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarda X2 “VAZ 21150 minik” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə bu Məcəllənin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmiş və ona 50 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs vəfat etdiyindən onun barəsində tərtib olunmuş 07 mart 2024-cü il tarixli, EQ seriyalı 19824784 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 mart 2024-cü il tarixli qərar əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində 07 mart 2024-cü il tarixli, EQ seriyalı 19824784 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 mart 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 vəfat etdiyindən onun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X6 və X1 şikayəti qismən təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 07 mart 2024-cü il tarixli, EQ seriyalı 19824784 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X6 və X1 şikayəti qismən təmin edilsin. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 07 mart 2024-cü il tarixli, EQ seriyalı 19824784 saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş 07 mart 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №3(003)-1069/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №3(003)-1069/2024
05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver